Qurani Kərimin bəlağəti.



        Qurani Kərimin bəlağəti.

Qurani Kərimdə Qiyamət saatı qopanda insanların vəziyyəti ilə bağlı maraqlı bir məqam var. Onu zikr edək.
Çəyirtkələrin xüsusiyyətlərindən biri, onların dəstə halında eyni istiqamətdə hərəkət etməsidir. Lakin pərvanələrdə isə, bu xüsusiyyət yoxdur. Onların hər birisinin bəlli olmayan istiqamətdə hərəkət etdiklərini müşahidə etmək olar.

Qiyamət saatı qopanda insanların halının necə olaçağını anlatmaq üçün Uca Allah Qurani Kərimdə mükəmməl şəkildə, insanın dərk etdiyi üslubda vəsf edibdir. Bu, Quranın bəlağətidir.

Qiyamət saatı qopanda insanların qəlblərinə qorxu və həyacan düşəcəkdir. Bu səbəbdən onlar nə etdiklərini bilməyəcəklər. Bu zaman onlar pərvanələr kimi müxtəlif istiqamətlərə, yəni pərakəndə hərəkət edəcəklər. Kimi sağa, kimi sola, kimi qabağa, kimi geri hərəkət edəcək. Bu haqda Uca Allah Qurani Kərimdə insanların halını o gün barədə belə vəsf edib:

ٱلۡقَارِعَةُ

Qəlbləri Qorxuya salan! ﴿

مَا ٱلۡقَارِعَةُ
Qəlbləri Qorxuya salan nədir? ﴿

وَمَاۤ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ
Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir? ﴿

یَوۡمَ یَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ
O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar. ﴿

📗 Qurani Kərim, Əl-Qaria surəsi, 1-4 ayələr.



Lakin insanlar qəbirlərindən çıxdıqdan sonra, çəyirtkələr kimi bir dəstə olaraq məhşər meydanına tərəf hərəkət edəcəklər.
Uca Allah Qurani Kərimdə insanların bu halını belə vəsf edib:


خُشَّعًا أَبۡصَـٰرُهُمۡ یَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ كَأَنَّهُمۡ جَرَادٌ مُّنتَشِرٌ

onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar ﴿

📗 Qurani Kərim, Əl-Qamar surəsi, 7 ayə.


       ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈