Əbu Hureyranın (Allah ondan razı olsun) sənə etdiyi dua.




Əbu Hureyranın (Allah ondan razı olsun) sənə etdiyi dua!

Bir anda Əbu Hureyranın və Mələyin sənə dua etməklərini istəyirsənsə, Əbu Hureyraya və anasına dua et ki, Allah təala da səni əfv etsin.


Muhammad ibn Sirin dedi ki: "Bir gecə Əbu Hureyranın yanına gəldik. Və o, (Əbu Hureyra) dedi: "Allahım! Əbu Hureyranı və anasını əfv et! Əbu Hureyraya və anasına istiğfar duası edəni də əfv et!"
Muhammad ibn Sirin dedi: "Biz də onların hər ikisinə (Əbu Hureyraya və anasına) dua edirik ki, Əbu Hureyranın duasına biz də daxil olaq".

📚 Bax: الأدب المفرد - ٣٧ ، وإسناده صحيح


Mələklərin duası isə, Səhih rəvayətlə qeyd olunur. Əbu Dərda (Allah ondan razı olsun) dedi: "Allahın qulu müsəlman qardaşına gizlində dua edərsə, Mələk də : "Sənə də onun mislində" - deyib, dua edər."

📚 Bax: صحيح الإمام مسلم - ٢٧٣٢

Mələyin və böyük Səhabənin sənin günahlarının bağışlanması üçün etdikləri duanın fürsətini qaçırma.

       ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈