Islam qardaşlığı





Islam qarda
şlığı


Allah ﷻ buyurur:

وَٱعۡتَصِمُوا۟ بِحَبۡلِ ٱللَّهِ جَمِیعًا وَلَا تَفَرَّقُوا۟ۚ وَٱذۡكُرُوا۟ نِعۡمَتَ ٱللَّهِ عَلَیۡكُمۡ إِذۡ كُنتُمۡ أَعۡدَاۤءً فَأَلَّفَ بَیۡنَ قُلُوبِكُمۡ فَأَصۡبَحۡتُم بِنِعۡمَتِهِۦۤ إِخۡوَٰنًا وَكُنتُمۡ عَلَىٰ شَفَا حُفۡرَةٍ مِّنَ ٱلنَّارِ فَأَنقَذَكُم مِّنۡهَاۗ كَذَٰلِكَ یُبَیِّنُ ٱللَّهُ لَكُمۡ ءَایَـٰتِهِۦ لَعَلَّكُمۡ تَهۡتَدُونَ


Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz ﴿

📗 Qurani Kərim, əl-İmran sürəsi, 103 ayə.

Qətədə (Allah ona rəhmət etsin) dedi: "O zaman ki, siz bir-birinizi öldürürdünüz, güclünüz zəifin haqqına girərdi, İslam dini öz əhkamları ilə gəldi, aranıza məhəbbət, ülfət salaraq sizi qardaş etdi. Allaha and olsun! Hansı ki, Ondan başqa haqq məbud yoxdur, həqiqətən ülfət - rəhmətdir, parçalanmaq isə - əzabdır."

📚 الدر المنثور (2/ 287
📚 تفسير الطبري (3/ 381
       ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈