Məhəmməd bin Zeyd bin Yadxatveyhi bin əl-Heysəm əl-Bərdə'i
İbn Yunus dedi: "Misirə gəlmişdir. Ondan yazardım (öyrənərdim). O, İbrahim bin Yaqub əs-Sədi əl-Cəuzəcənidən rəvayət edərdi. Ondan (hicrətin) 300-cü ilin Ramazan ayında əbul-Qasim ət-Təbarani eşidərdi (yəni qulaq asıb, öyrənərdi).
Muslimə bin Qasim dedi: "O, Azərbaycanın torpaqlarından idi. Misirə gəlib, burada məskunlaşmış. Böyük elmi var idi. Ədəbiyyat, Dil və Şeir fənnlərini mükəmməl bilirdi. Etibar qazanan, əmin adam idi. Hətta Qazi Əbu Ubeyd əl-Qadı ona vaqfdan olan bir hissəsini, o, vəfat edənə qədər səlahiyyətinə vermişdir."
Bunu, əl-Məqrizi "əl-Muqaffi" adlı əsərində rəvayət etmişdir.
📚 Bax: "Buğyatul Vuğat fi Tabaqat əl-Luğəviyiin və ən-Nuhat". 1 cild, 107 səh. Çapın tarixi: 1431 h. - 2010 m. Səudiyyə Ərəbistanı. İslam işləri, vəqflər, dəvət və irşad üzrə nazirliyinin xüsusi çapı.