Azərbaycanın bölgələrinin birindən gələn sual..







Azərbaycanın bölgələrinin birindən belə bir sual gəldi ki, müsəlmanların yarısı artıq məsciddə  camaatla birgə namaz qılmır. Səbəb isə imamların dinlə bağlı vəziyyətlərinin heç də, ürəkaçan olmamasıdır. Bir neçə səbəbləri zikr edirlər:

1. Dövlət tərəfindən təyin olunmuş imamlardır.

2. Cümə xütbələrində bəzən islama aidiyyatı olmayan mövzular, hətta küfr və şirkə aid olan şeylərdən danışırlar.

3. Bəzi imamlar bidət, küfr və şirk əməllər edib və ona dəvət edirlər.

4. Bəzi imamlar rüku halını alıb, bütlərə baş əyirlər.

5. Məscid daxilində ibadət əhli ilə müşkül hadisə baş verəndə, polisə şikayət edirlər. Və digər müşküllər olduğunu qeyd edirlər.


Sual: Bu vəziyyətdə müsəlmanlar nə etməlidirlər? Bu kimi imamların arxasında cümə və camaat namazları qılmaları dində icazəlidirmi?


          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Alimlərin məsələ ilə bağlı suallara cavabları və fətvaları. İstinad etdikləri tarixi hadisələr və dəlillər.

   İslam alimləri suala cavab verməmişdən öncə, təyin olunan imamların hallarının müxtəlif olduğunu vurğulayırlar. Hamısına eyni gözlə yanaşmaq nə dinlə, nə də ağılla doğru olmaz-  deyə buyurublar. İmamların arasında sərt, xasiyyəti ağır, kobud və inadkar insanlar olduğunu və eyni zamanda əks xasiyyətli, yəni mülayim, başa düşən, kömək və nəsihət edən imamlar vardır- buyurublar. Baxmayaraq ki, hər ikisi təyin olunan imamlardır.
 

   Bəzən məscid əhli, bir imamdan xoşlarına gəlmədiklərinə görə o qədər danışırlar ki, Allah təalanın təqdiri ilə müsəlmanlara cəza olaraq, onun yerinə sərt birisi gətizdirilir. Bunu başa düşən az bir insan tapmaq olar. Bilmək lazımdır ki, məscid imamları da, digər insanlar kimi günah işlər görür, küfr və şirk edirlər. Çünki onlar da insandırlar. Gördükləri haram işin bir neçə səbəbləri ola bilər. Biri dünya ruzisini itirməkdən qorxur. Digəri dini elmsizlikdən edir. Başqası imanın zəifliyindən edir və digər müxtəlif mötəbər səbəblər ola bilər. Hər səbəbə fərdi yanaşma vardır.

Cavab: 
1. İslam alimləri Əhli sünnət və əl-Camaatın üsul etiqadına əsasən, qiblə əhlindən olan itaətkar və yaxud fasiq imamın arxasında namaz qılınmasını vacib görürlər.

📚 Bax: العقيدة الطحاوية

2. İslam alimləri Əhli sünnət və əl-Camaatın üsul etiqadına əsasən, təyin olunmuş və halı bəlli olmayan imamın arxasında namazın qılmasının vacib olduğunu görürlər.

📚 Bax:  مجموع الفتاوى لابن تيمية

3. İslam alimləri Əhli sünnət və əl-Camaatın üsul etiqadına əsasən, müsəlmana məscidə təyin olunmuş imamın halını araşdırmaq, onu imtahan etmək, onu izləmək və sairə - bidət olduğunu görürlər. Çünki Uca Allah insanları bununla yükləməyib.

📚 Bax:  مجموع الفتاوى لابن تيمية

4. Əhli sünnət və əl-Camaatın üsul etiqadına əsasən, namaz ən əzəmətli ibadətdir. Ona görə də, namazın ədəb və əhkamlarına düzgün riayət edən imam təyin olunmalıdır ki, müsəlmanlar təşvişə düşməsinlər.

📚 Bax:  العقيدة الإسلامية

5. Müsəlman islam tarixini oxusa görər ki, müsəlmanlar dinlərini bəzi zamanlarda güclü, bəzən zəif, bəzən dinin ipi bidət əhlinin əlində, bəzən də əhli-sünnədə olub. Bu hallara əsasən, alimlərin yanaşmaları da fərqli olub.

Bəzən bidət əhlini məsciddən qovardılar. Bəzən isə, bidət əhli dini dərs və söhbətlərdə iştirak edərək, cahilcəsinə münaqişə edib alimdən vəliyə şikayət edər və alimi məsciddən uzaqlaşdırardılar. Bu halları ayırd etmək hər adama qismət olmur. Ona görə də, müsəlmanlara alimlərin və elm tələbələrinin ətrafında oturmaq, sözə qulaq asmaq daim tövsiyə olunur.

Diqqət: Bu səbəbdən din qüvvətli olan ölkələrdə alimlər tərəfindən verilən fetvaları, dini zəif olan ölkələrdə tərcümə edib və müsəlmanlar arasında onu yaymaq xatadır. Fəsadları göz qabağında. Bunu, alimlər qeyd edir. Daha ətraflı (üsulu fikh أصول الفقه) "fikhin üsulları" kitablarına qayıdıb oxumaq olar. Fəslin adı: "Müftinin və sual verənin şərt və əhkamları". 


           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

İndi isə fetva və onun istinad etdiyi dəlillər.


             İslam tarixindən.

Bilmək lazımdır ki, imamların bu vəziyyətləri təkcə 21-ci əsrdə baş vermir. Bu cür hallar Allah rəsulun ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zamanından baş verməkdədir. Fərqli olan hadisələrdi. Misal üçün Allah rəsulun zamanında ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), bir imamın məscid daxilində qibləyə tərəf tüpürməsi hadisəsi. Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), onu imamlıqdan uzaqlaşdırdı. Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) : "O sizə namaz qıldırmasın!" - dedi. Yəni imamlıq etməsin.

📚 Bax:  Əhməd, Əbu Daud və Səhih sünən ibn əbi Daud. 

   İslam tarixinə qayıdanda bu kimi xoşa gəlməz hadisələr Peyğəmbərin ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun),  səhabə və tabeinlərin رضي الله عنهم (Allah onların hamısından razı olsun) və onlardan sonra Əməvilərin, Abbasilərin və ən çirkini Ubeydlərin (Fatimələrin) zamanında baş vermişdir.

Unutmamaq lazımdır ki, bu ilahi bir təqdirdir. Sual verə bilərsiz, görəsən bu İlahi təqdirin səbəbi nədir?
Cavab:
Uca Allah ﷻ buyurur:


تَبَـٰرَكَ ٱلَّذِی بِیَدِهِ ٱلۡمُلۡكُ وَهُوَ عَلَىٰ كُلِّ شَیۡءٍ قَدِیرٌ

Mülk Əlində Olan Allah nə qədər xeyirxahdır. O hər şeyə qadirdir ﴿


ٱلَّذِی خَلَقَ ٱلۡمَوۡتَ وَٱلۡحَیَوٰةَ لِیَبۡلُوَكُمۡ أَیُّكُمۡ أَحۡسَنُ عَمَلًاۚ وَهُوَ ٱلۡعَزِیزُ ٱلۡغَفُورُ

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır ﴿

📗 Bax: Qurani Kərim, Mülk sürəsi, 1-2 ayələr.

Digər surədə Allah təala buyurur:


لِیَمِیزَ ٱللَّهُ ٱلۡخَبِیثَ مِنَ ٱلطَّیِّبِ وَیَجۡعَلَ ٱلۡخَبِیثَ بَعۡضَهُۥ عَلَىٰ بَعۡضٍ فَیَرۡكُمَهُۥ جَمِیعًا فَیَجۡعَلَهُۥ فِی جَهَنَّمَۚ أُو۟لَـٰۤىِٕكَ هُمُ ٱلۡخَـٰسِرُونَ

Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yerləşdirsin. Ziyana uğrayanlar da məhz onlardır. ﴿

📗  Bax: Qurani Kərim, Əl-Ənfəl sürəsi, 37 ayə.

- Abdullah ibn Omar və Ənəs bin Malik (Allah onlardan razı olsun) cümə və camaat namazlarını Həccəc ibn Yusufun arxasında qılardılar. Onlar Həccəcin fasiq olduğunu və çirkin əməllərini bilirdilər.

- Abdullah ibn Məsud (Allah ondan razı olsun) cümə və camaat namazını sərxoş edici içki içən əl-Valid ibn Uqba ibn əbi Muğitin arxasında qılardı. Hətta o, sübh namazını iki rükət deyil, dörd qıldırıb və sonra istehza ilə deyərdi :"İstəyirsinizsə artırım?! Abdullah ibn Məsud (Allah ondan razı olsun) isə ona: "Onsuz da imam olandan səninlə elə artıra-artıra qılırıq" - dedi.

- Osman ibn Affan (Allah ondan razı olsun) üçüncü xəlifə evində mühasirəyə alınanda, cümə və camaat namazlarını müsəlmanlara "fitnə" imamı qıldırardı. Osmana (Allah ondan razı olsun) dedilər: "Axı sən müsəlmanların imamı, o isə fitnənin imamıdır?! Osman (Allah ondan razı olsun) dedi: "Ey qardaş oğlu, insanların etdikləri ən gözəl əməl - namazdır. Əgər (imam) namazı düzgün qılarsa, onlarla bir yerdə qıl. Əgər (imam) səhv qılsa, səhvlərini tərk et!"

- Əbu Davud imam Əhməddən rəvayət etdiyi məsələlər adlı kitabında, imam Əhmədin cüməni cəhmilərlə qılmağını nəql edib buyurur ki, imam Əhməd onlarla qıldıqdan sonra namazını təkrar qılardı.

📚 Bax:  مسائل الإمام أحمد رواية أبي داود سليمان بن الأشعث السجستاني

- Həmçinin Yəhya ibn Mə'in camaatla qıldıqdan sonra təkrar qılardı.

📚 Bax:  السنة لعبد الله بن أحمد

- İmam əl-Barbahari (Allah ona rəhmət etsin) dedi ki: "Əgər cümə namazında imam cəhmi etiqadında olarsa və o, sənə sultan olarsa, onunla camaat namazını qıl. Sonra namazını təkrar qıl."

📚 Bax:  شرح السنة

- Şeyx AbdurRahman ibn Cibrinə (Allah ona rəhmət etsin) sual verirlər: "İmamın müşrik olduğunu ona isbat etdikdən sonra, onun arxasında namaz qılan şəxs nə dərəcədə üzürlü ola bilər? Çünki o, imamın şirk və küfr etdiyini bilir. Lakin deyir ki, dəvət naminə olar. Çünkü əgər biz namazı və məscidi tərk etsək, onda məscid boş qalacaq və heç kim məscidə getməyəcəkdir.."

Cavab: "Əgər zikr etdiyin imamın həqiqətən də, dindən çıxaran zahiri şirk və küfr etdiyini ona isbat edib və ona nəsihət etdikdən sonra o, təkəbbürlük göstərərək həmin küfr, şirki tərk etməsə və onun heç bir şübhəsi olmasa, onun arxasında namaz qılmaq olmaz. Çünki onun namazı batildir və arxasında qılanların da namazları imamın halından xəbərləri varsa, batildir. Lakin camaatın birliyi üçün camaatla qılmaq icazəlidir, amma sonra namazını təkrar qılır. Bu hal əksər ölkələrdə baş verir. Çünki bu cür imamların arxasında namaz qılmayanlara müxtəlif ittihamlar atılır: təkfirçi, terrorçu, inqilab törətmək istəyir və sairə. Bu səbəbdən də, belə imamların arxasında namaz qılmaq eyb etməz. Lakin sonra namazlarını təkrar qılırlar."

📚 Bax:  فتاوى الشيخ عبد الرحمن الجبرين

- Eyni cavabı şeyx AbdurRahmandan öncə, şeyx Abdullatıf Əli-Şeyx الدرر السنية adlı kitabda deyib. Və tarixdə belə hadisələrin çox olduğunu söyləmişdir. 


           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Xülasə olaraq, alimlərin fetvalarına və tarixi hadisələrə qayıdanda görmək olar ki, madam imam özünü İslam dininə nisbət edirsə, onun kimliyindən asılı olmayaraq, İslam dininin əsas məqsədi - məscid və məscid əhlinin birliyini və heybətini qoruyub saxlamaqdır.
Uca Allah buyurur:


وَأَطِیعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَـٰزَعُوا۟ فَتَفۡشَلُوا۟ وَتَذۡهَبَ رِیحُكُمۡۖ وَٱصۡبِرُوۤا۟ۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّـٰبِرِینَ

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir ﴿

📗  Bax: Qurani Kərim, Əl-Ənfəl sürəsi 46 ayə.

Uca Allah buyurur:


وَٱعۡتَصِمُوا۟ بِحَبۡلِ ٱللَّهِ جَمِیعًا وَلَا تَفَرَّقُوا۟ۚ وَٱذۡكُرُوا۟ نِعۡمَتَ ٱللَّهِ عَلَیۡكُمۡ إِذۡ كُنتُمۡ أَعۡدَاۤءً فَأَلَّفَ بَیۡنَ قُلُوبِكُمۡ فَأَصۡبَحۡتُم بِنِعۡمَتِهِۦۤ إِخۡوَٰنًا وَكُنتُمۡ عَلَىٰ شَفَا حُفۡرَةٍ مِّنَ ٱلنَّارِ فَأَنقَذَكُم مِّنۡهَاۗ كَذَٰلِكَ یُبَیِّنُ ٱللَّهُ لَكُمۡ ءَایَـٰتِهِۦ لَعَلَّكُمۡ تَهۡتَدُونَ

Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz ﴿

📗  Bax: Qurani Kərim, Əl-İmran sürəsi, 103 ayə.

Bu səbəbdən İslam ümmətinin din alimləri daim camaatla bir yerdə olublar. Onlar cüməni, bayramı və ümumi namazları bir yerdə camaatla qılıblar. Hətta Ubeydilər (Fatimələr) zamanında alimlər camaatla bir yerdə məsciddə qılardılar. İmamın halından yəqinliklə xəbərdar olanlar isə, evlərinə qayıdaraq namazlarını təkrar qılardılar.

✍ Suleyman Cəlil
1440 - 7 - 1


         ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈