﷽
Müsəlmanlara fərz olan beş namazın vaxtları hansılardır ?
Giriş.
Aləmlərin Rəbbi Allaha həmd-sənalar olsun. Onun qulu və elçisi Məhəmmədə, ailəsinə, əshabına və onların yolu ilə gedənlərə Allahın salat və salamı olsun. Daha sonra:
İslam tarixi boyu müsəlmanlar beş namazı beş bəlli vaxtda qılıblar. Lakin buna baxmayaraq, bəzi insanlar həmin beş namazın vaxtı ilə bağlı əsassız şübhələri qeyd edirlər. Guya ki, namazların vaxtı - beş deyil, üçdür və bunu zəif ağılları ilə isbat etməyə çalışırlar.[1] Əfsuslar olsun ki, onların məsələyə elmsiz yanaşmaları həm özlərini, həm də digər müsəlmanları çaşdırır. Onların bu məsələni araşdırmaq üçün tutduqları araşdırma yolu belə səhvdir. Bunu isbat etməyə çalışacağıq inşəAllah.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Kitabla bağlı iki mühüm məsələ.
Birincisi: Araşdırmalar zamanı məsdər olaraq, etimad və etibar qazanan kitab olmalıdır. Yəni kitabın müəllifi, çap evi, redaktə edən, yoxlayan, tirajın sayı və elm əhli arasında həmin kitab məsdər olaraq qəbul edilir, yoxsa yox. Bütun bunları nəzərə alınmalıdır. Elmi araşdırmalarla məşğul olan insana, bunu bilmək su kimi vacibdir. Əks halda, onun nəql etdiyi dini və yaxud dünyəvi məlumatı səhvdir.
İkincisi: Ticarət məqsədlərini güdən çap evləri. Onlar üçün kitabın müəllifi və yaxud kitabın tədqiqi, redaktəsi, yoxlanması və sairə məsələlər maraqlı deyil. Əsas gəlir əldə etməkdir. Bu səbəbdən tirajını artırır və kitabı ucuz qiymətə satır.
Sual: Belə növ çap evləri və satdıqları kitablar niyə təhlükəlidir? Səbəb nədir?
Cavab: Çünki bu növ çap evləri pis niyyətli olan insanlara qapı açır. Hansılar ki, bununla insanlar arasına fitnə, təfriqə, şübhə salmaq üçün etibar qazanmayan qədim və müasir kitablara qayıdaraq, harda zəif və şəzz fikir varsa, onu üzə çıxarıb, ona gözəl don geyindirərək və onu insanların gözündə böyüdərək - məsələnin əsli kimi təqdim edirlər.
Əfsuslar olsun ki, bu incəlikləri bilməyən, kitabı anlamayan bir çox sadəlövh insanlar vardır. Və pis niyyətli insanlar, şeytan cildinə girənlər sadəlövh insanlardan istifadə edir.
İndi təsəvvür edin ki, kitabdan düzgün anlayışı olmayan adam ya şeyx, yaxud molla avam adamların qarşısına çıxaraq, kitabı onlara ərəbcə oxuyur və tərcümə edir.[2] Avam kütlə isə qulaq asdıqlarına və oxuduqlarına inanır və iman edir. Hətta, bəzilərindən göz yaşları axır. Sonra həmin sadəlövh insan etiqad etdiklərini tətbiq etməyə başlayır.
Və ən dəhşətlisi budur ki, həmin şeyx, molla avam kütlənin qarşısına çıxaraq, onlara hədislər oxuyur və özündən ictihad edərək, hədisi şərh edir, xülasə və nəticə çıxarır. Bununla, insanları azdırır. Zalım molla özünə sual vermir ki, görəsən bu dediklərini hədis kitabların hər hansı şərhçiləri heç olmasa, təsdiq edirmi?! O, onlardan bir sübut belə gətirmir.
Sual: Niyə demir? Səbəb nədir?
Cavab: Çünki yoxdur. Allahdan qorxan heç bir alim bunu onun kimi deyə bilməz!
___________
[1] Söhbət namazların sayından deyil, onları öz beş vaxtında qılmaqdır.
[2] Hələ oxuya bilsə və düzgün tərcümə edə bilsə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Namazların vaxtları ilə bağlı şübhənin cavabı.
Sual: Səbəb?
Cavab: Çünki onlar ərəb dilinə müraciət etsələr görərdilər ki, namazların elə öz adları beş vaxta dəlalət edir. Lakin onların ərəb dilini bilməmələri və ona-buna kor-koranə qulaq asmaları ucbatından zülmətdədirlər. Onların zikr etdikləri şübhələri qeyd edək və elmi cavab verək.
Şübhələri:
İmam Buxari hədis kitabında fəslin adını : "Bəbu tə'xir əz-Zuhri ilə əl-Asri" "Zöhrü əsr vaxtına gecikdirmək" - qoyur.
Haşiyə çıxaraq əlavə elmi faydanı vermək istərdim. Ümumiyyətlə, imam Buxarinin səhih kitabında hər fəslə ad verməsi, ayrıca onun dərin fikhi fəhminə dəlalət edir. Hətta bəzi alimlər, bu fəsillərin ünvanına görə müstəqil kitablar yazıblar.
Qayıdaq mövzumuza.. Deməli, fəslin adı "Bəbu tə'xir əz-Zuhri ilə əl-asri". Ərəbcə:
باب: تأخير الظهر إلى العصر
عن ابن عباس أن النبي صلى الله عليه وسلم صلى بالمدينة سبعا وثمانيا الظهر والعصر والمغرب والعشاء
فقال أيوب لعله في ليلة مطيرة قال عسى
"Zöhrü əsr vaxtına gecikdirmək"عن ابن عباس أن النبي صلى الله عليه وسلم صلى بالمدينة سبعا وثمانيا الظهر والعصر والمغرب والعشاء
فقال أيوب لعله في ليلة مطيرة قال عسى
"İbn Abbasdan (Allah ondan razı olsun) Peyğəmbər ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Mədinədə yeddi (məğriblə işanı bir yerdə) və səkkiz (zöhrlə əsri bir yerdə), zöhr, əsri, məğrib və işanı qıldı".
Həmin molla hədisi : "...və işanı qıldı" ibn Abbasın sözü burda qurtardı - deyərək, hədisi tam axıra kimi oxumur.
Sual: Səbəb?
Cavab: Çünki hədisin axırı onun və ona qulaq asanların əqidəsini bünövrədən puç edir.
Hədisin davamında isə Eyyub (Əs-Sixtiyani) Ibn Abbasa sual verib soruşur "... ola bilsin yağışlı gecə vaxtı idi?" O, dedi: "Ola bilsin". Hədis burda tam bitir. Hədisin orijinal versiyasını təqdim edirəm:
Lakin onlar hədisin şərhinə qayıtsalar şübhə aradan qalxardı. Gəlin iki namazın bir vaxtda qılmağın səbəbləri barədə hədis şərhçilərin rəylərinə baxaq:
1. "..Yağışa görə birləşdirib qılıb". Bu rəyi İmam Malik (Allah ona rəhmət etsin) buyurub.
2. "..Xəstəliyə görə birləşdirib qılıb". Bu rəyin imam ən-Nəvəvi (Allah ona rəhmət etsin) güclü olduğunu bildirib.
3. Bəziləri isə bunun həqiqi olmadığını, yəni "suri" - şəkli forma olaraq bildirib. Bu nə deməkdir? Yəni zöhrü əsr vaxtına qədər gecikdirərək və əsr namazın vaxtına az qalmış zöhrü qılır. Sonra əsrin vaxtı girəndə əsri qılır. Bu, əbu Şəğsənin (Allah ona rəhmət etsin) rəvayətinə əsasən belədir.
4. Lakim ümmətin imamları ibn Sirin, Rabiğa, Əşhəb, ibn əl-Munzir, əl-Qaffəl əl-Kəbir (Allah onlara rəhmət etsin) kimi, hədisin zahirinə görə əməl edilməsinə üstünlük verirlər, lakin bir mühüm şərtlə. Şərt nədir? Adət halına çevirməmək. Ehtiyac və zərurət hallar olanda qılmaq.
Sual: Nəyə görə peyğəmbərimiz ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) heç bir ciddi səbəb olmadan bu cür qılıb?
Cavab: Imam Muslimin rəvayətinə əsasən ibn Abbas buyurur: "Ümmətə əziyyət verməmək üçün"
Beləliklə bilmək lazımdır ki, onların oxuduqları üç vaxt namazı peyğəmbərimiz həyatı boyu qılmamış, yalnız bəzən bəlli səbəblərə görə qılardı. Bilmək lazımdır ki, beş namazı üç vaxtda qılmaq və bunu adət halına çevirmək həm böyük günah, həm də fasiqlikdir.. Onların kitabdan oxuduqları hədislərin şərhinə müraciət etməməkləri hədisi doğru anlamaqdan yayındırır. Bu isə əsl zəlalətdir. Bir çox İslam dininə mənsub olan firqələr, məhz bu səbəbdən doğru yoldan azıblar.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Dini şübhələri yayan insanların sifətləri.
1. Əsli ərəb olmayanlar və yaxud ərəb dilini və onun bəlağətini bilməyənlər. Yəni Quranı öz ana dilində oxuyanlar və ondan nəticələr çıxardıb "bu belədir", "elədir" deyən cahillər.
2. Quranilər. Yəni hansılar ki, peyğəmbərin ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərini qəbul etmirlər və müsəlmanların arasına şübhə salmağa çalışırlar.
Bu növ insanlara Allah təala buyurub:
هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ ۖ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ ۗ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ
📗 Bax: Qurani Kərim, Əl-İmran surəsi, 7 ayə.
Peyğəmbərimiz ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurub: "Zaman gələcək kişi kürsüsündə söykənərək oturub hədislərimi rəvayət edib deyəcəkdir: "Bizimlə sizin aranızda Allahın kitabıdır (Qurani Kərim). Orda nə halal yazılıbsa halaldır. Nə haram yazılıbsa haramdır" (vəssalam).
Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) davam edib deyir: "Həqiqətən də Allah rəsulu nə haram edibsə, Allahın haram etdiyi kimidir." Hədisi Tirmizi, Hakim və başqaları rəvayət ediblər.
Və həmin təqlidçi avam qiyamət günü belə deyəcək:
يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِي النَّارِ يَقُولُونَ يَا لَيْتَنَا أَطَعْنَا اللَّهَ وَأَطَعْنَا الرَّسُولَا
وَقَالُوا رَبَّنَا إِنَّا أَطَعْنَا سَادَتَنَا وَكُبَرَاءَنَا فَأَضَلُّونَا السَّبِيلَا
رَبَّنَا آتِهِمْ ضِعْفَيْنِ مِنَ الْعَذَابِ وَالْعَنْهُمْ لَعْنًا كَبِيرًا
📗 Bax: Qurani Kərim Əl-Əhzəb sürəsi, 66-68 ayələr.
Bu yazı ilə beş namazı üç vaxtda qılan insanlara səslənirəm. Allahdan qorxun və haqq yola dönün!
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Qurani Kərimdə namazların vaxtları.
Allah ﷻ təala buyurur:
فَإِذَا قَضَيْتُمُ الصَّلَاةَ فَاذْكُرُوا اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِكُمْ ۚ فَإِذَا اطْمَأْنَنْتُمْ فَأَقِيمُوا الصَّلَاةَ ۚ إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا
📗 Bax: Qurani Kərim, Ən-Nisə surəsi, 103 ayə.
İbn Abbasdan (Allah ondan razı olsun) Quranda fərz olan beş namazın vaxtı zikr olurnurmu soruşdular. O dedi: "Allah təala buyurur:
فَسُبْحَانَ اللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ
وَلَهُ الْحَمْدُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَ
📗 Bax: Qurani Kərim, Ər-Rum surəsi, 17-18 ayələr.
Qeyd: Təfsir alimləri ayədə beş namazın vaxtı zikr edilir, buyurublar.
Lakin bəzi təfsir alimləri ayədə dörd (4) namazın vaxtı keçdiyini zikr edirlər. İşa namazı isə Hud surəsində ayrıca zikr edilir buyurublar. Allah təala buyurur:
وَأَقِمِ الصَّلَاةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ ۚ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّاكِرِينَ
📗 Bax: Qurani Kərim, Xud surəsi, 114 ayə.
Qeyd: Qurani Kərimdə beş namazın vaxtı icmal şəkildə zikr olunub. Təfsilatı isə peyğəmbərimizin ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərində zikr edilir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Səhih hədislərdə namazların vaxtları.
بِٱلۡبَیِّنَـٰتِ وَٱلزُّبُرِۗ وَأَنزَلۡنَاۤ إِلَیۡكَ ٱلذِّكۡرَ لِتُبَیِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَیۡهِمۡ وَلَعَلَّهُمۡ یَتَفَكَّرُونَ
📗 Bax: Qurani Kərim, Ən-Nəxl sürəsi, 44 ayə.
وَیَوۡمَ نَبۡعَثُ فِی كُلِّ أُمَّةٍ شَهِیدًا عَلَیۡهِم مِّنۡ أَنفُسِهِمۡۖ وَجِئۡنَا بِكَ شَهِیدًا عَلَىٰ هَـٰۤؤُلَاۤءِۚ وَنَزَّلۡنَا عَلَیۡكَ ٱلۡكِتَـٰبَ تِبۡیَـٰنًا لِّكُلِّ شَیۡءٍ وَهُدًى وَرَحۡمَةً وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِینَ
﴾ O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik.﴿
📗 Bax: Qurani Kərim, Ən-Nəxl sürəsi, 89 ayə.
İnsanların din və dünyaları ilə bağlı lazım olan hər hansı məsələnin hökmünü Quranda Allah təala bəyan edib və Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) o bəyanı insan və cinlərə çatdırıb, onu gözəl şəkildə izah edibdir.
Bilmək lazımdır ki, Peyğəmbərin ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədisləri Quran ayələrini açıqlayır. Hədislər ayələri bəzən xüsusiləşdirir, bəzən də ümumiləşdirir. Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurub:
"ألا إني أوتيت الكتاب ومثله معه"
Namaz vaxtlarını zikr edən səhabələr: Abdullah ibn Amru ibn As, Cabir ibn Abdullah, Əbu Musa, Urva ibn Zubeyr, İbn Abbas, Əbu Hureyra və başqaları.
Namazların vaxtı ilə bağlı hədisi zikr edək.
Cabir ibn Abdullah deyir ki, «Cəbrail Peyğəmbərin ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: Dur namazı qıl! Peyğəmbər ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də günəş zenit xəttini keçdikdə (səmanın ortasından günbatana meyl etdikdə) zöhr namazını qıldı. Sonra Əsr namazında yenə gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər şeyin kölgəsi özü boyda olanda əsr namazını qıldı. Sonra Məğrib namazında gəlib dedi: Dur namazı qıl! Peyğəmbər ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də günəş batanda Məğribi qıldı. Sonra İşa namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) İşanı şəfəq itəndə qıldı. Sonra Sübh namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də dan yeri söküləndə Sübhü qıldı.
Sonra səhərisi gün Zöhr vaxtında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər şeyin kölgəsi özü boyda olanda Zöhrü qıldı. Sonra Əsr namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər şeyin kölgəsi iki özü mislində olanda Əsri qıldı. Sonra Məğrib namazında gəldi və vaxtı dəyişmədən dünənki vaxtda namazı qıldırdı. Sonra gecənin yarısı, üçdə biri keçdikdən sonra İşa namazında gəldi və Peyğəmbər ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) İşa namazını qıldı. Sonra hava işıqlaşdıqda dedi: Dur namazı qıl! Peyğəmbər ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də Sübh namazını qıldı. Sonra Cəbrail dedi: Bu iki vaxtın arasında bir vaxt da mövcuddur»
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Namazların vaxtları barədə xülasə bilgi.
- İslam tarixi boyu bütün müsəlmanlar icma (ittifaq) ediblər ki, Allah təala müsəlmanlara gün ərzində beş namaz və hər namazı öz vaxtında ayrı-ayrı qılmağı fərz edib. Bunu inkar edən dindən çıxmış kafir olar.
- Dünya müsəlmanları ittifaq ediblər ki, beş namazın vaxtları Quran və səhih hədislərdə zikr edilir.
- Dünya müsəlmanları icma ediblər ki,
1. Zöhr namazın vaxtı:
أن وقت الظهر من زوال الشمس إلى أن يصير ظل الشيء مثله بعد الفيء الذي زالت عليه الشمس
2. Əsr namazın vaxtı:
ووقت العصر حين يصير ظل الشيء مثله بعد فيء الزوال إلى أن يصير مثليه أو إلى اصفرار الشمس وهذا هو وقت الاختيار لها ووقت الاضطرار من ذلك إلى غروب الشمس
Hər şeyin kölgəsi özü boyda olandan günəş batana qədər davam edir.
3. Məğrib namazın vaxt:
ووقت المغرب من غروب الشمس إلى أن يغيب الشفق الأحمر
4. İşa namazın vaxtı:
ووقت العشاء من غيبوبة الشفق الأحمر إلى نصف الليل وهذا وقت الاختيار لها ووقت الاضطرار من نصف الليل إلى طلوع الفجر
5. Fəcr namazın vaxtı:
من طلوع الفجر الصادق إلى طلوع الشمس.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Son söz
Və sonda, aləmlərin Rəbbi olan Allaha həmd olsun!
Hazırladı: Suleyman Cəlil.
1440-06-05
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Mündəricat
2. Kitabla bağlı iki mühüm məsələ.
3. Namazların vaxtları ilə bağlı şübhənin cavabı.
4. Dini şübhələri yayan insanları sifətləri.
5. Qurani Kərimdə namazların vaxtları.
6. Səhih hədislərdə namazların vaxtları.
7. Namazların vaxtları barədə xülasə bilgi.
8. Son söz.