﷽
Sizə zəiflərinizə görə kömək edilir.
ŞƏRH: Peyğəmbər ﷺ (sallallahu aleyhi və səlləm) bildirmişdir ki, bəzən zəiflər düşmənlərin üzərində qələbəyə və ruzinin çoxalmasına səbəb olurlar. Bu onların ixlasla dua etmələri, kömək və ruzi istəmələri ilə hasil olur.
Allah ﷻ bu acizlərin ruzisini güclülərin vasitəsilə çatdırır. O bu işdə güclülərə, xüsusilə də Ona etibarı daha çox olanlara və Onun verdiyi savablara qəlbən arxayın şəxslərə köməklik göstərir, onlara ağıllarına belə gətirmədikləri yerdən qələbə və ruzi qapılarını açır. Nə qədər insan var ki, ruzisi məhdud bir miqdarda idi. Lakin ailə üzvlərinin və onlara bağlı insanların çoxalması ilə Allah ﷻ ona öz qədəri vasitəsilə şəriətin məqbul saydığı səbəblər və istiqamətlərlə geniş ruzi bəxş etmişdir. Allah ﷻ buyurur: "...Nə xərcləsəniz Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!" (Səba 39).
Digər tərəfdən mələklərin hər səhər belə duası var: "Allahım xərcləyənə əvəzini, xərcləməyənə tələfini ver." (Səhih silsilə 920).
Bütün bunlar təcrübədən keçmiş və müşahidə olunmuş hallardır. Məhrum olanlar nə pis haldadırlar! Müvəffəq olanlar isə, nə gözəl qazanc əldə etmişlər! Allah ﷻ daha doğrusunu bilir.
Şeyx Abdur-Rahmən əs-Sədinin (Allah ona rəhmət etsin) "Möminlərin könül müjdəsi" 68-ci hədisin şərhindən müxtəsər olaraq nəql edildi.
Hazırladı: R.Həsənov.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈