Allah təalaya duada "Siz ..." olaraq müraciət etmək olarmı?




  Allah təalaya duada "Siz ..." olaraq müraciət etmək olarmı?

Şeyx, əllamə Məhəmməd Takıyiddin ibn Əbdul-Qadir əl-Hiləli əl-Məğribi (hicrətin 1407 ilində vəfat edib. Allah ona rəhmət etsin və günahlarını bağışlasın) "Səbilur-Rəşad fi hədyi xeyrul ibad" adlı kitabında bir qrup Nəcran nəsranilərinin Allah elçisinin ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib və onlarda "təslis" (üçlük üqnum) əqidəsi olan İsa aleyhis-səlamın Allah olmasının şübhələrinə peyğəmbərin cavab verdiyi rəvayəti zikr etdikdən sonra dedi : "... (Rəvayətdə olan) Beşinci fayda : Nəcran nəsranilərinin hüccət olaraq, iddia etdikləri "üç üqnum" (üç məbuda tək Tanrı demək) əqidəsi Allah ﷻ təalanın "Biz etdik", "Biz əmr verdik", "Biz yaratdıq", "Biz bu cür buyurduq" - Özü haqqında "Biz" deyib, bunu cəm şəkildə (bunu bir neçə nəfər olaraq) dəlil kimi qəbul etmək, onların ərəb dilindən xəbərsiz olduğunu göstərir. Çünki Allah təalanın "Biz əmr etdik", "Biz xəlq etdik" - cümləsində olan cəm əvəzliyini təkcə tək danışana və onunla bir yerdə olan bir neçəsinə xüsusiləşdirmək yanlışdır. Çünki "Biz" şəxsi cəm əvəzliyini tək danışana da, təzim mənasında tətbiq etmək olar.
      Allah - Ucadır, Əzimdir. Allah özünü təzim edir. Həmçinin, mömin qulları Onu ucaldır və təzim edir. Lakin dua zamanı möminlər Cənabı-Haqqın tövhid məqamını qorumaq üçün Ona cəm şəkildə müraciət etmirlər. (Misal olaraq: "Mən Sizə dua etdim, Siz də, bizə yardım edin!" və sairə buna oxşar cümlələr duada deyilmir.) Bu aydın olan bir məsələdir. Son."

📚 Bax : سبيل الرشاد في هدي خير العباد

Hazırladı : Suleyman Cəlil.

           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈