﷽
Seçilmiş xeyirli dostlar.
Seçilmiş xeyirli dostlar insanı ən yüksək mərtəbələrə qaldırır. Pis dostlar isə, insanı ən aşağı təbəqələrə endirir.
Seçilmiş dostlarla insan faydalı elmlərə, gözəl əxlaqa və saleh əməllərə yiyələnir. Pis dostlarla isə, insan bütün bunlardan məhrum olur. Uca Allah buyurur: "O gün zalım əllərini çeynəyib deyəcək: "Kaş ki, mən Peyğəmbər vasitəsilə doğru yol tutardım. Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim. And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan o sapdırdı. Şeytan insanı yalnız buraxar." (Furqan surəsi, 27-29).
Bax: "Möminlərin könül müjdəsi" kitabı, 62-ci hədisin şərhi, səhifə 214.
Tərcüməçilər: R. Həsənov və A. Muradlı.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈