Gənc qız vəli olmadan evlənə bilərmi?





SUAL: Eşitdiyimə görə gənc qız vəli olmadan evlənərsə o, zina etmiş sayılır. Lakin cəzalandırılmayır. Həmçinin adət-ənənəyə görə evlənənin və siğə kəbini ilə nikaha girənin bu işi barədə dini hökm nədir?


CAVAB: Əlhəmdulilləh.
BIRİNCİ: Qadının vəlisiz özü-özünü evləndirməsi icazəli deyil. Peyğəmbərdən ﷺ (sallallahu aleyhi və səlləm) nəql edilən səhih hədisdə o buyurur: "Vəlisiz nikah yoxdur." Bunu Əbu Davud (2085) rəvayət etmişdir. Əl-Əlbani "Irva əl-ğalil" (1839) kitabında bu hədisin səhih olduğunu demişdir. Peyğəmbər ﷺ (sallallahu aleyhi və səlləm) buyurur: "Hər hansı bir qadın vəlisinin icazəsi olmadan nikaha girərsə onun nikahı batildi, onun nikahı batildi, onun nikahı batildi." Bunu Əhməd (24417), Əbu Davud (2083) və Tirmizi (1102)  rəvayət etmişdir. Əl-Əlbani "Səhih Əbu Davud" əsərində bu hədisin səhih olduğunu demişdir. 
Bu məsələdə bakirə qız ilə dul qadın arasında fərq yoxdur. Şeyx İbn Bəzz (Allah ona rəhmət etsin) demişdir: "Nikahın səhih olması üçün şərtlərdən biri də, onun vəlinin iştirakı ilə olmasıdır. İstər bakirə istərsə də dul qadın olsun. Çünki Peyğəmbər ﷺ (sallallahu aleyhi və səlləm) buyurur: "Vəli olmadan nikah yoxdur." Bax: Məcmu fətəva İbn Bəzz (21/39).

Özü-özünü evləndirən barədə çox şiddətli xəbərdarlıq gəlmişdir. Peyğəmbər ﷺ (sallallahu aleyhi və səlləm) buyurur: "Qadın qadını evləndirməsin. Qadın özü-özünü də evləndirməsin. Şübhəsiz ki, zinakar özü-özünü evləndirəndir." Bu hədisi İbn Macə (1782) rəvayət etmişdir. Hədis "Səhih əl-Cami" (7298) əsərindədir. 
   Cumhur elm adamlarının rəyinə əsasən belə qadının evliliyi batildi. Ər ilə vəlinin arasında yeni əqd bağlanmalıdır və iki ədalətli şahid iştirak etməlidir. Lakin qadına  zina etmişin cəzası verilmir. Buna səbəb vəlisiz əqdi etibarlı sayan hənəfi fəqihlərinin müxalifliklərinə riayət olunmasıdır. 


İKİNCİ: Siğə (ərəbcə - zəvacul-mutə), iki tərəfin razılığı ilə müəyyən müddətə evlənməkdir. Bu, bəlli miqdarda mehr qarşılığında olur. Belə bir əqd, müddətin bitməsi ilə pozulur. Burada talaq verilmir. Sığə batil və haram bir əqddir. Bunun bəyanı 1373, 2377 və 6595 sual-cavabda ötmüşdür. 
Sığənin zina olmasına və ona görə cəza verilməsinin vacibliyinə gəlincə, bu, elm adamları arasında ixtilaflı məsələdir. Cumhur (yəni, əksər) elm əhlinə görə bu, zina deyil və cəza həddini vacib etmir. Buna səbəb əqd barəsində olan şübhədir. Lakin tərəfləri fərq hıss ediləcək qədər sürgün etmək lazımdır. Şəfilərə görə səhihin müqabilidir. Məlikilərə görə bu zəif bir rəydir: Qadın və kişiyə cəza həddi vacibdir. Çünki nəsx (yəni, hökmü qüvvədən düşmüş) nikah sayılır.
Əl-Movsuəh əl-fiqhiyyə əl-Kuveytiyyədə (41/342) deyilir: "Cumhur fəqihlər - Hənəfilər, Hənbəlilər, Məlikilər bir rəydə və Şəfilər səhih görüşdə demişlər: Sığə edən tərəflərə istər kişi istərsə də qadına cəza həddi yoxdur. Çünki şübhələr cəza hədlərini əngəlləyir. Buradakı şübhə ixtilafın olmasıdır. Əgər sığənin  haramlığını bilirsə sürgün edilir. Çünki cəzası və kəffarəsi olmayan asilik etmişdir. Şəfilərə görə  səhihin müqabilidir. Məlikilərdə zəif rəy isə, sığə edən tərəflərin hər ikisinə cəza həddi vacibdir. Çünki nəsx olunması öz təsdiqini tapmışdır. Son.


ÜÇÜNCÜ: Adət-ənənəyə görə evlənmənin müxtəlif formaları var. Onlardan biri də aşağıdakıdır: Qadın, vəli və şahidlər olmadan evlənsin. Bu cür evlənmə kişi ilə qadının təklif və razılığı əsasında baş verir. Bu formada evlənmə belə adla bir çox ölkələrdə məşhurdur. Eləcə də sual verənin ölkəsində yəni, Misirdə belədir. Bu cür nikah ümmətin yekdil rəyi ilə batildi. İbn Teymiyyənin "Əl-fətəva əl-kubra" (3/119) əsərində deyilir: "Əgər vəlisiz və şahidlərsiz evlənərsə,  evliliyini gizlədərsə, bu, ümmətin yekdil rəyi ilə batildi... Lakin belə bir nikahın icazəli olduğunu etiqad edərsə, buradakı yaxınlıq şübhə üzərində qurulduğu üçün uşaq ona aid edilir və atasına varis sayılır. Cəzaya gəlincə, onların ikisi də bu cür əqdə görə cəza almağa layiqdirlər."

              ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Müxtəsər nəqlin sonu.
- Tərəflər vəli olmadan şahidlərin iştirakı ilə evlənərlərsə, cumhurun məzhəbinə görə belə nikah batildi. Necə ki bunu birinci cavabda izah etdik. 

- Tərəflər vəli və iki şahidin iştirakı ilə evləniblər lakin evlilik xəbərlərini yaymayıblar. Racih (üstün) rəyə əsasən belə evlilik səhihdir. Baxmayaraq ki, onda şəriətin evliliyi yayma əmrinə müxaliflik var. Bunun da bəyanı 45663 rəqəmli fətvada keçdi.
Allah daha yaxşı bilir.


📡 https://islamqa.info/ar/answers/216785/

Hazırladı: Abu AbdurRahman.

1440/4/3


             ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈