Qardaşlardan biri belə bir sual verdi. Bilirəm ki, bu vəziyyət təkcə onda deyil, əksər qardaşlarda mövcuddur. Qardaşın sualını burda paylaşdım ki, cavabı hamı üçün faydası olsun inşəallah və hər kəs oxuyub özündə o müşkülü tapırsa onun həllini də unutmasın!
Ümumiyyətlə bu müşkül hamıda var. Bəzən unuduruq ki, bu müşkül bizim etiqadımızdandır. Yəni, imanın artması və zəifləməsi məsələsi.
Biz müsəlmanlar, imanın artmasına və zəifləməsinə iman etmişik. Təqva artıqca iman artır. Təqvadan uzaqlaşanda, günahlara qarışanda imanımız zəifləyir.
İndi...
Sual: bu müşkülün həlli nədir? Bundan özümüzü necə qurtaraq? Bunun müalicəsi nədir?
Cavab: bu müşkülün həlli.
- Allaha ﷻ yaxşı zəndə olmaqdır.
- Müsəlmanlarla, səni başa düşən qardaşlarınla imkan qədər sıx əlaqədə olmaqdır.
- Vaxt imkanı varsa heç olmazsa, həftədə bir dəfə qardaşlarla bir yerdə oturmaq, söhbət etmək. Dini və dünyəvi məsələləri söhbət etmək.
- Bir-birindən aralı yaşayan qardaşlar az deyil. Başa düşürəm ki, çətindir, bəlkədə kiminsə ağlına sıxılmıyan bir məsələdir, amma necə də gözəl olardı ki, müsəlman qardaşlar bir-birinin yanında, mehriban qonşu olaraq yaşasınlar. Bunun üçün, gərək bir-birinə qarşı səbirli olsunlar.
- Səfər et. Bir necə qardaşla və ya ailənlə səfər et. Allahın ﷻ yaratdığı nemətlərinə bax. Düşün. Düşüncəni ailənlə paylaş, səfər etdiyin qardaşlarınla müzakirə et.
- Müsəlmanları düşün. İslama nə ilə kömək edə biləcəyini düşün.
- Müsəlmanların gələcəyi yaxşı olması üçün, nəyə köməyin dəyər, plan tərtib et. Onun üstündə çalış.
- Uşaqlarını müsəlman cəmiyyətində böyüməsinə onlar üçün indidən çalış. Bu məqsəd üçün münasib məkan və münasib qonşu axtar.
- Sübh namazına dura bilmirsən? Bu haqda öyrən. Nə edim və necə edim.
- Səhər və axşam zikrlərini unutma! Evə girərək dua et. Evdən çıxanda dua et.
- Heç olmasa həftədə bir dəfə, bir iki qardaşnan məqbərəyə get, axirəti düşün.
- Bütün işlərini Allaha ﷻ həvalə et. Allaha ﷻ təvəkkül et.
Bildiyim bu qədər, doğrusunu Allah bilir.
وصلى الله وسلم على نبينا محمد وعلى آله وصحبه أجمعين.
✍🏻 سليمان أبو إبراهيم