İki elmi fayda



Əzizlərim!
Hər elmi məsələni, elmi faydanı ümumi məclislərdə şərhsiz, təfsilatsız, məsləhət almadan paylaşmazlar. Xüsusilə də ki, həssas və dəqiq olan məsələləri. Çünki, müsəlman camaatı, sənin nəql etdiyin məsələni düzgün başa düşməyib tətbiq etsə, zəlalətə düşər. Və etdikləri həmin zəlalət günahı artıq sənin yəni, məlumatı paylaşanın boynundadır. Bu qaydadır. Unutma.

Sizə iki elmi faydanı zikr edim:
Birinci elmi fayda.
Şeyx Muhammədin رحمه الله zikr etdiyi qayda, səhihdir. Sadəcə, bu qayda ümumi qaydadır və təfsilata mütləq ehtiyacı var.
Bu qayda islamın digər dəqiq qaydaları kimi, ümumi məclislərdə təfsilatsız, şərhsiz və misal çəkmədən keçmirlər. Çünki, onu ümumi şəkildə, təfsilatsız, misallarla başa salmayanda müsəlman camaatını çaşdırmaq və zəlalətə aparmaq deməkdir. Ona görə də, dəqiq və həssas məsələləri nəql edəndə, düzgün və başa düşülən şəkildə, daha yaxşısı misallarla çəkmək lazımdır. Yoxsa hər hansı sözü mətndən ayırıb və sonra alimin sözünü dəlil, qayda, əsl kimi qələmə vermək xatadır. Təəssüflər olsun ki, tərcüməçilərin bəziləri bu cür edir.

Allah ﷻ müsəlmanları, müvəffəqiyyət əldə etməyən, dırnaq arasında olan, hədisdə varid olduğu kimi "ruveybidə" "müəllimlərdən", "elm tələbələrdən", "tərcüməçilərdən" qorusun.

İkinci elmi fayda.
Ümumiyyətlə, bu qaydanı səhv başa düşməkdə insanlar iki qismə bölünür:

Birinci qismdə olanlar - ifrata varmaqla. Hətta, müsəlmanı - mürtəd, kafir elan etməklə. Sonra da başqalarını onu təkfir etməyi məcbur edirlər. Və o, (ikinci şəxs) onu (yəni, onun ağlına görə küfrə düşmüş müsəlmanı) təkfir etməsə bu qaydanı ona tətbiq edir. Yəni, üçüncü şəxs ikinci şəxsi, birinci şəxsi təkfir etmədiyinə görə təkfir edir.

İkinci qismdə olanlar isə - bu ümumi qaydanı səhih olduğunu qəbul etmir. İnkar edirlər. Və küfrə həqiqi düşən insanı, şərtlər tətbiq olunsa belə qaydanı səhih görmürlər.

Xatırladım ki, yuxarıda zikr olunan hər iki qism zəlalətdədirlər. Və ən xeyirli yol və insanlar - orta yol və onunla gedənlərdi. Allah ﷻ məni və sizi onlardan etsin.

Allah ﷻ buyurur:

《وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا ۗ وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا إِلَّا لِنَعْلَمَ مَنْ يَتَّبِعُ الرَّسُولَ مِمَّنْ يَنْقَلِبُ عَلَىٰ عَقِبَيْهِ ۚ وَإِنْ كَانَتْ لَكَبِيرَةً إِلَّا عَلَى الَّذِينَ هَدَى اللَّهُ ۗ وَمَا كَانَ اللَّهُ لِيُضِيعَ إِيمَانَكُمْ ۚ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَحِيمٌ》الآية

"Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir".

Bu qədər kifayətdir.
Bu, kiçik bir xatırlatma idi. Ümid edirəm ki, qardaşlar gələcəkdə nəql etdiklərinə diqqət yetirərlər. Allah ﷻ sizi fəqihlərdən etsin. Sizə, söz və əməllərinizə müvəffəqiyyət versin.

هذا والله أعلم، وصلى الله على نبينا محمد وعلى آله وأصحابه أجمعين.

✍🏻 كتبه سليمان أبو إبراهيم الأذري
1438-04-23 ه.