Bir necə qardaş belə bir sual şəxsiyə veriblər. Cavabı hamı üçün faydası olsun deyə, sualı burda paylaşdım ki, hər kəs oxuyub onun həllini öyrənsin!
Cinlərin insanların əşyalarını oğurlanması bəllidir. Əgər sən dəqiq bilirsən ki, insanlardan heç kim əşyanı, pulu, qızılı və sair götürməyib, onda bunu cinin etməsi mümkündür. Çünki, onların içində salehi və talehi vardır.
Allah ﷻ buyurur:
وأنا منا الصالحون ومنا دون ذلك
﴾Əlbəttə, aramızda xeyirxah əməl sahibləri də, onlar kimi olmayanlar da var. Biz ayrı-ayrı yollar tutmuşuq.﴿
(Əl-Cin, 11 ayə)
Buxarinin - رحمه الله - Abu Hureyradan - رضي الله عنه - şeytanın xurma oğurlamasını hadisənin rəvayətini bilirsiz.
Allaha ﷻ həmd olsun, bunun müalicəsi asandır.
Rəsulallah ﷺ dedi:
"Əgər bir insan evinə daxil olaraq, Allahı zikr edib "Bismilləh" deyərsə, yəməyini yeyəndə Allahı zikr edib "Bismilləh" deyərsə, şeytan deyəcəkdir: "sizdə mənim üçün nə qalmalı yer, nə dəki yemək yoxdur...." Hədis.
Rəsulallah ﷺ dedi:
"şeytan, üzərinə zikr olunan bağlı əşyalara, üstü örtülü qablara toxuna bilmir". Hədis.
Rəsulallah ﷺ dedi:
"O evdə ki, bəqərə sürəsi oxunulur, şeytan ordan qaçar". Hədis.
Belə hal təkrarlanmaması üçün müsəlman nə etməlidir?
Müsəlmanın cinlərdən qorunma vəsilələr aşağıdakılardır:
1- Allaha ﷻ dua edib və Ona sığınmaq.
2- Səhər və axşam zikirlərini etməkdir.
3- Quranı Kərimi oxumaq.
4- Evə daxil olanda, çıxanda, qapını bağlayanda zikrləri etmək.
5- Bəqərə sürəsini oxumaq.
6- Yatmamışdan qabaq zikr etmək.
7- Qabları örtüyün zaman "Bismilləh" deyib örtmək.
8- Bağlı əşyaların, bağlı qalması üçün üzərinə "Bismilləh" deyib bağlamaq.
9- Gizli saxladığın əşyaları üzərinə "Bismilləh" deyib gizli yerdə saxlamaq.
Bunları etdikdən sonra Allaha təvəkkül et!
Bu qədər, doğrusunu Allah ﷻ bilir.
وصلى الله وسلم على نبينا محمد وعلى آله وأصحابه أجمعين.
✍🏻 سليمان أبو إبراهيم
1438 ه.