Bilmək lazımdır ki, ümumiyyətlə parfüm, zinət əşyaları və sairə satmaq, islam dinimizdə mubahdır, yəni halaldır.
Allah عز وجل buyurur :
وَأَحَلَّ اللَّهُ الْبَيْعَالآية
《...Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir》.
1- Əgər tacir, alıcının zahiri görünüşünə əsasən, zənn edirsə ki, alıcı həmin əşyaları halal məqsədlər üçün istifadə edəcəkdir, tacirə ona satmaq caizdir.
2- Əgər tacir, alıcının zahiri görünüşünə əsasən, zənn edirsə ki, alıcı həmin əşyaları haram məqsədlər üçün istifadə edəcəkdir, misal üçün, qadın naməhrəm kişilərin qabağında zinətdən istifadə edəcək, həmin əşyanı ona satmaq caiz deyil, haramdır.
Buna dəlil isə Allah عز وجل kəlamı :
.وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِالآية
《... Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir》
Məsələdə qayda : əgər alıcı, hər hansı əşyanı halal məqsədlə istifadə edəcəksə - ona əşyanı satmaq caizdir. Yox, əgər haram məqsədlə istifadə edəcəksə - ona əşyanı satmaq haramdır.
Bu qayda satıcılara və satdıqları əşyalara aiddir. Fərq etməz, ətir, paltar, alətlər, mətbəx əşyaları, dərman və sairə.
Mühüm qeyd: Satıcının üzərinə düşən, onun ictihadıdır yəni, zənn-in olmasıdır.
3- Əgər, alıcının zahiri görünüşü tacirə bəlli deyil, zənn etmək də mümkün deyil ki, nə məqsədlə alır və harada istifadə edəcəkdir, bu halda tacirin və alıcının yaşadığı məkana qayıdılır :
a- alıcı qadındırsa və həmin məkanda "təbərrüc", yəni açıq-saçıq geyimli qadınlar çoxdursa, satıcı ona zinət əşyanı satmır.
b- əgər yaşadığı məkanda iffət üstünlük təşkil edirsə, satıcı zinət əşyanı ona sata bilər. Və bu ticarət - halaldır.
والله أعلم