Qəmərin çıxmasının fərqli görünüşü




بسم الله الرحمن الرحيم
الحمد لله رب العالمين
والصلاة والسلام على رسول الله صلى الله عليه وسلم, أما بعد ؛

                      ~ Birinci müqəddimə ~

Bu məqalə iki il öncə hazırladığım bəhsdir. Və hər il ixtilaf təkrarlandığı üçün, bu məqalə yada düşür. Bu dəfə mütəəlim və ruveybidə sifətdə olanlar təəssüflər olsun ki, məsələni radikal şəkildə təqdim edirlər. Yazdıqları onu deyir ki, onlar hələ də məsələni bəhs etməyiblər, oxumayıblar. Yazdığım bu məqaləyə əlavə fayda artırılıb və düzəlişlər edilib.
Şaban ayı, hicrətin1438 ili.

       ◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇

                      ~ İkinci müqəddimə ~

Bu nəsihət yazısı, ixtilaflı olan məsələlərə radikal yanaşan elm tələbələrinə və həmçinin sıravi qardaşlaradır.
Allah Təala buyurur :

 ادْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ ۖ وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

《 İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır 》.
(Ən-Nəhl, 125 ayə).

İctihadi məsələlərdə, tərəflər bir-birinə çirkin ləqəblə müraciət edərlərsə, bu ancaq onların əxlaq-ədəbini və savadsızlığını göstərər.

Uca Allah buyurur :
 يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُون

《 O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək 》.
 إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ

《 Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa! 》
(Aş-Şuara, 88-89 ayələr).

Məsələ səhabələrin vaxtından bu günə qədər ixtilaflıdır.

Məhəmməd İbrahim Əl-Şeyx رحمه الله demişdir :
《Bilmək lazımdır ki, bu məsələ digər fikhi məsələlər kimi, alimlər arasında keçmişdə və hal-hazırda ixtilaflıdır. Bu ixtilaf zərər verməməlidir》.

Bax : Məhəmməd İbrahim Əl-Şeyxin "Fetvalar toplumu" kitabına.

Elm əhlinin üzərinə düşən vəzifə, həmin ixtilafı azaltmaq və aradan qaldırmaqdır. Bunun üçün elm əhlinə səbr, elm, ədəb və hikmət tələb olunur.

          ◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇

                ~ İxtilafın səbəbi ~

1- Məsələ hilalın 🌙 görünüb və ya görünməməsinə dayanır.

2- Məsələ dəlillərin fəhminə və həmin dəlillərin tətbiq-üsul və qaydasına dayanır.

Allah ﷻ sənə rəhm etsin, bil ki, bu haqda məşhur iki rəy vardır.

- Birinci rəydə olan alimlər buyurub ki :
"Qəmərin müxtəlif ölkələrdə fərqli çıxması görünüşünün məsələyə təsiri yoxdur. Əgər bir müsəlman ölkəsində Ramazanın hilalı görünübsə, kifayətdir ki, digər ölkələr də oruc tutsun".
Bu, Cumhur alimlərin, yəni Hənəfi, Maliki, bəzi Şafiilərin və Hənbəli məzhəbində məşhur rəydir. Həmçinin Əhməd ibn Teymiyyə, Əş-Şəukani, Həsən Sıddıq Xan, Əhməd Şəkir, İbn Baz, Əl-Albani, Abdul Muhsin Əl-Abbadın və başqaların rəyidir.

Birinci rəyin dəlilləri :

1- Uca Allah Qurani Kərimdə buyurur :

 .فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ ۖ

《 ... sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar ... 》
(Əl-Bəqərə, 186 ayə)

"sizlərdən" kəlməsi ümumi yəni, dünya müsəlmanlarına xitabdır.

2- Rəsulullah ﷺ buyurmuşdur :

 قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ :
صُومُوا لِرُؤْيَتِهِ ، وَأَفْطِرُوا لِرُؤْيَتِهِ ، فَإِنْ غُمَّ عَلَيْكُمْ فَأَكْمِلُوا الْعِدَّةَ ثَلاثِينَ البخاري ومسلم.

《 Onu (yəni, Ramazan ayın hilalını) görsəniz orucu tutun. Onu (yəni, Şəvvəl ayın hilalını) görsəniz iftarınızı edin (yəni, orucunuzu açın). Əgər (hava) buludlu olsa və (hilalı) görməsəniz, hesabı (yəni, ayın günlərini) otuz günlə tamamlayın》. Buxari və Muslim.

Elm əhli "görsəniz" kəlməsini, müsəlman ümmətinə xitab olduğunu demişdir.

        ◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇

                       ~ Məsələdə qayda ~

《Hilalın göründüyü xəbərin mükəlləfə çatmasıdır》
Yəni, kimə ki, hilalın göründüyü xəbəri çatıbsa, artıq onun üzərinə oruc tutmaq vacibdir. Bu qaydanı Əhməd ibn Teymiyyə رحمه الله buyurmuşdur və kim bu məsələni məsafə və ya iqlimlə ölçərsə, onun düşüncəsi şəriətə və əqlə müxalifdir.

Bax : Fetvalar toplumu 25 c. 105 və 111 səh.

        ◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇

                    ~ Kureybin əsəri ~

Hilalın çıxmasının fərqli görünüşü ilə bağlı nə Qurani Kərimdə, nə də ki, Rəsulullahın ﷺ sünnəsində, müsəlmanların orucu və bayramı ayrı-ayrı qeyd etməsinə dair xüsusi bir dəlil yoxdur.

Hər kəs öz camatı ilə birlikdə oruc tutmalı və açmalı, bayram etməlidir - deyənlərin əsas dəlili Kureyblə ibn Abbasın əsəridir.
Kim ki, bu əsəri zikr etsə, bilməlidir ki, alimlərin bununla bağlı bir neçə izahı vardır :

1- Kureybin əsəri ibn Abbasdan nəql olunan digər məşhur hədisə ziddir. Həmin hədisi zikr edək :
İbn Abbas buyurur :
《Bir bədəvi Rəsulullahın ﷺ yanına gəlir və deyir :
"Mən hilalı (yəni, Ramazan ayın qəmərini) gördüm".
Peyğəmbərimiz ﷺ ona dedi : "Şəhadət edirsən ki, Allahdan başqa haqq məbud yoxdur ?".
Bədəvi dedi :"Bəli".
Peyğəmbərimiz ﷺ dedi :
"Şəhadət edirsən ki, Məhəmməd Allahın Elçisidir ? ".
Bədəvi dedi : "Bəli".
Rəsulullah ﷺ Bilala əmr edir ki, camaata elan etsin, sabah Ramazanın orucunu tutsunlar 》 .

Hədisdən çıxan fayda :

- Bədəvi ərəb, Ramazan hilalını Mədinədən uzaq bir məntəqədə görüb. Buna baxmayaraq, Rəsulullah ﷺ Mədinə camaatına oruc tutmağı əmr edir.

Hədisin hökmü alimlər arasında ixtilaflı olsa belə, ona Abdullah bin Omarın və Anas bin Malikin səhih hədisləri şahidlik edir.
Anas bin Malikin رضي الله عنه əsərində, onlar Omar ibn Xattabla رضي الله عنه birlikdə Məkkə və Mədinə arasında olan bir məntəqədə idilər və Anas bin Malik hilalı görür.

Bax : Muslim 2873. Ət-Tirmizi 691. Abu Daud 2340. 2345. Ad-Darimi 1733.

2- Eyni zamanda Kureybin əsəri Əbu Umeyirin səhih hədisinə ziddir.

عن أبي عُميرِ بنِ أنسِ بنِ مالكٍ، قال :
《حدَّثني عُمومتي، من الأنصارِ من أصحابِ رسولِ اللهِ صلَّى اللهُ عليه وسلَّمَ قالوا: أُغْمَي علينا هلالُ شوال، فأصبحنا صيامًا، فجاءَ ركبٌ من آخِر النهار، فشهِدوا عندَ النبيِّ صلَّى اللهُ عليه وسلَّمَ أنَّهم رأوُا الهلالَ بالأمس، فأمَرَهم رسولُ اللهِ صلَّى اللهُ عليه وسلَّمَ أن يُفطِروا، وأنْ يَخرُجوا إلى عيدِهم من الغدِ》

Əbu Umeyir bin Anas bin Malik dedi :《 Bibilərim mənə Rəsulullahın ﷺ səhabələrindən danışdılar : "Şəvvəl ayın hilalı bizə görsənmədi. Biz oruc tutduq. Gün batmamışdan öncə bir karvan gəldi. Və dünən hilalı gördüklərini Rəsulullahın ﷺ yanında şahidlik etdilər. Rəsulullah ﷺ orucu açmağı və ertəsi günü bayrama çıxmağı əmr edir"》Hədis səhihdir.

Hədisdən çıxan fayda :
- Diqqət yetirsək, bu karvan uzaq yerdən Mədinəyə gəlir. Onlar Şəvvəl ayının hilalını gördüklərini Rəsulullaha ﷺ şahidlik edirlər. Rəsulullah ﷺ onların gördüklərini qəbul edir və məsafə məsələsinə baxmayaraq, orucu açmağı əmr edir.

Bax : Əhməd 5/58. Səhih ibn Macə 1348. Əl-Beyhəqi 3/316.

3- Ola bilsin ki, ibn Abbasın Kureybə verdiyi cavab, ibn Abbasın rəyi və ictihadıdır.

4- Ola bilsin ki, Kureybin xəbərində tək şahid o idi. Ona görə də, ibn Abbas xəbəri qəbul etməyi imtina etmişdir.

5- Ola bilsin ki, ibn Abbasın Kureybin xəbərini rədd etməsi bizə məlum olmayan səbəblərdən biri, hansını ki, ibn Abbas təkçə özü bilirdi.

6- Bu hədis, bəzi məsələlərdə hakimə müxalif olmağın icazəli olduğunu göstərir. Çünki, ibn Abbas hakimə, yəni Müaviyəyə bu məsələdə tabe olmadı.

Diqqət! Maraqlısı budur ki, hər ölkə öz camaatı ilə oruc tutmalı və bayram etməlidir - deyənlər, bu hədisi tətbiq edir. Halbuki bu, hədis onların fəhminin aleyhinədir.

Mühüm qeyd :
Bəzi elm əhli, bu əsərdə bir neçə ehtimal varid olduğu üçün, şəriətin qaydasını tətbiq etmişdilər. Həmin qayda belə səslənir :
《 Əgər dəlildə, bir neçə ehtimal varsa, o dəlil qüvvətini itirir 》

        ◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇

- İkinci rəyin alimləri buyurublar ki :
《 Hər ölkədə qəmərin fərqli çıxışı vardır, hansı ki, orucun başlanmasına və bitməsinə onu müşahidə etməklə təyin etmək olar 》.

Bu fikirdə olan müasir alimlərdən İbn Useymin, Saleh Əl-Fauzan və başqaları.

Bu rəyin dəlilləri, yuxarıda zikr olunan ümumi dəlillərdir. Sadəcə bu fikir, məşhur Kureybin əsəri ilə seçilir. Həmin əsərin ehtimallarla olan cavabı isə artıq zikr edildi.
       
          ◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇
       
                  ~ Mühüm qeyd ~

Hər ölkə, öz əhalisi ilə bir camaat olaraq, parçalanmamaq üçün, orucu bir tutsalar, bir açsalar və bayramı birlikdə etsələr yaxşıdır. Bunu, birinci rəydə olan alimlər də buyurur.

Rəsulullah ﷺ buyurmuşdur :
قال النبي ﷺ  :
《 الصوم يوم تصومون ، والفطر يوم تفطرون ...  》
قال الترمذي : هذا حديث حسن غريب.

《Orucunuz, camaatla tutduğunuz oruc, bayramınız, camaatla etdiyiniz bayramdır ...》
Ət-Tirmizi hədisə həsən qərib hökmü demişdir.

Bu fikirdə olan ibn Baz, Əl-Albani, AbdulƏziz Əl-Şeyx və başqaları.
Baxmayaraq ki, alimlər dünya müsəlmanları ilə birlikdə orucu tutmaq və bayramı keçirtmək rəyini üstün tutsalar belə, müsəlmanların bu günkü siyasi vəziyyəti buna imkan vermədiyinə görə, onların parçalanmaması üçün, hər ölkənin öz əhalisi ilə birlikdə orucunu tutması və açması, bayram keçirməsini bəyənirlər.

Əlavə qeyd :
Böyük alimlər buyurub : əgər yaşadığın ölkədə islam şəriəti tətbiq olunmursa, islam şəriətini tətbiq edən ölkə ilə oruc tutmaq, orucu açmaq və bayramı keçirmək sənə zərəri olmayacaqsa o, ölkə ilə oruc tutmaq, bayram etmək bəyənilir.

Bax : "Təmamul Minna", ibn Bazın "fetvaları toplumu" və AbdulƏziz Əl-Şeyxin "fetvaları toplumu" kitabına.

      ◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇

                        ~ Xülasə ~

Birinci rəydə olmaq bəyənilir deyənlər - nəyə əsaslanır?
- Səhih dəlillərə.
- Şəriətin qaydasına.
- İbadətə ehtiyatla yanaşmaq üçün.
- İslam ümmətinin birliyi üçün.
Və buna hamı çalışmalıdır.

İkinci rəydə olmaq bəyənilir, deyənlər - nəyə əsaslanır?
- Səhih dəlillərə.
- Müsəlmanların öz ölkələrində parçalanmaması üçün.
- İxtilaf şərdir.

Ey müsəlman, məsələyə radikal yanaşma! Çirkin ləqəblərdən istifadə etmə! Müsəlmanların parçalanmaması üçün məsələni ətraflı öyrən.
  Unutma ki, müsəlman cəmiyyəti, sənə tərbiyə verən müəllim, ağsaqqal və müdrik şəxsiyyət kimi baxır.
  Ən birinci, Allahdan qorxmağı, dilini qorumağı, ixtilaflı məsələlərə hikmətlə və elmlə yanaşmağı tövsiyə edirəm. Elm tələbəsi alimlərin dili ilə danışmalıdır. Bunu unutma!

والله الموفق لكل خير.
الحمد لله الذي بنعمته تتم الصالحات،
وصل الله على نبينا محمد وعلى آله وأصحابه أجمعين.
 ✍🏻 سليمان أبو إبراهيم الأذري 

1436/10/03 هـ.