- Qurban bayramı 1438 ilin Zil-Hiccə ayın 10-nu miladi tarixi ilə avqustun 31-nə düşür. Qurbanı ayın 10-nu kəsə bilməsə 11, 12, 13 və 14 günlərində kəsmək olar.
- Qurban kəsmək müstəhabdır, çünki Rəsulullah ﷺ heyvanı qurban kəsərdi.
- Qurbanı kəsənə saç kəsmək, dırnaq tutmaq, dərini qopartmaq ta qurbanını kəsənə kimi olmaz, haramdır.
(Bu ancaq qurbanı kəsənə aiddir. Qurbanı kəsənin ailəsinə aid deyil)
- Qurbanı bayram namazından sonra kəsmək lazımdır. Bayramdan qabaq kəsilən heyvan hesab olunmur, onun əvəzinə başqasını qurban etmək lazım olacaqdır.
- Heyvanı bir başa özü kəsməyi sünnədir. Əgər bacarmırsa, başqasına həvalə etmək olar.
- Heyvanı kəsəndə qibləyə tərəf çevirərək : "Bismilləh, Allahu Akbar" demək sünnədir.
(Qurbanı kəsən özünün və ailəsinin adından niyyət edir)
- Kəsdiyi qurbanlıq ətindən birinci özü yeməyi bəyənilir. Sonra həmin əti 2 və ya 3 qismə bölərək bir qismini özünə saxlaya bilər. Digər hissəni isə qohum və qonşuya, kasıb və fəqirə sədəqə və ya hədiyyə olaraq verməyi bəyənilir.
- Qurbanı kəsmək əvəzinə pulunu çıxardıb kasıb və fəqirə sədəqə vermək yaxşı deyil. Çünki, bu bayram günü qurban kəsmək - İslamın şuarıdır və Rəsulullah ﷺ bu şuarı tərk etməmişdir.
- Qoyunu və keçini ancaq bir nəfər öz və ailəsinin adından kəsə bilər.
🐏 qoyunun 6 ay yaşı olmalıdır.
🐐 keçinin bir il yaşı olmalıdır.
- İnək, çamış və dəvəni yeddi nəfər öz və ailələrin adından kəsə bilərlər.
🐄🐃 inəyin və çamışın iki il yaşı olmalıdır.
🐪 dəvənin isə 5 il yaşı olmalıdır.
- Kəsəndə nə demək lazımdır :
"Bismilləh, Allahu Akbar"
"Bismilləh və Allahu Akbar" sözündən sonra əlavə olaraq aşağıdakı cümlələrindən birini demək olar :
- "Allahümmə innə həzə minkə və ləkə"
- "Allahümmə təqabbəl minni"
- "Allahümmə təqabbəl minni udhiyəti"
- "Allahümmə təqabbəl minni hədyi"
- "Allahümmə həzə min (öz adını deyir) və min Ə'li (öz adını deyir)
Mənası : "Allahım, bu qurban (öz adını deyir, misal olaraq) Suleymandan və Suleymanın (آل - Ə'li, yəni) ailəsindəndir".
Misal olaraq :
"Bismilləh, Allahu Akbar. Allahümmə innə həzə minkə və ləkə"
Və ya mis. :
"Bismilləh, Allahu Akbar. Allahümmə həzə min Suleyman və min Ə'li Suleyman"
Xülasə : kəsəndə hansını istəyirsən onu de. Fərq etməz.
Bu qədər.
والله أعلم