Böyük günahın, yəni şirkin keçmişdə və zamanımızda yayılmasının böyük səbəblərindən biri, saleh insanların məzarlarının ucaldılmasıdır. Bəzi avam insanlar, qəbirdə olandan özlərinə xeyirli işlər, sağlamlıq, övlad, şərdən qorumağı və sair diləyirlər.
Bu səbəbdən Allah rəsulu ﷺ həmin böyük günaha, yəni şirkə aparan səbəblərin qarşısını almağa cəhd göstərib. Allah rəsulu ﷺ qəbirlərin üzərində :
- məscid, türbə, məzarlar tikmək,
- onları bəzətmək,
- baş daşı üzərinə şəkil çəkmək,
- orada namaz qılmaq,
- məsciddə qəbri yerləşdirmək,
- məzarlarda bayram keçirtmək,
- qurban kəsmək və sair qadağan etmişdir.
Allah rəsulu ﷺ bütün həyatı boyu, hətta ölməmişdən öncə onun ﷺ son sözlərindən biri : Qəbirləri ucaltmayın, onların üzərində məscid, pir, türbə tikməyin - olmuşdur. Məhz bu günah o qədər böyükdür ki, Allah rəsulu ﷺ onu edəni lənətləmişdir.
Peyğəmbərin ﷺ insanları böyük günahdan çəkindirməyinə baxmayaraq, bu ümmətdən sözə qulaq asmayan cahil, avam insanlar tapılır, hansı ki, qəbirləri ucaldır, bəzədir, orada qurban kəsir, məzar tikir və onu Allaha vasitə tutur.
Allahın rəsulu ﷺ səhabələrinə və onlardan sonra gələnlərə, yəni bizlərə də buyurmuşdur :
"Allah, yəhudilərə və xristianlara lənət etsin, peyğəmbərlərin qəbirlərinin üzərində məscidlər tikdilər".
Buxari 5815 hədis.
Allahın rəsulu ﷺ səhabələrinə və onlardan sonra gələnlərə, yəni bizlərə də dedi :
"... sizdən qabaq olanlar peyğəmbərlərin və salehlərin qəbirlərini məscid etdilər, siz etməyin, mən sizə qadağan edirəm".
Muslim 1188 hədis.
Davamı vardır...
•┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•
✍🏻 سليمان أبو إبراهيم الأذري
1438/11/23هـ.