Qeyri-müsəlman bayramları ilə bağlı üç qayda.



Qeyri-müsəlman bayramları ilə bağlı üç qayda.




Müqəddimə.

    Müsəlmana qeyri-müsəlmandan dinimizdə halal olan hər hansı hədiyyəni qəbul etmək caizdir.
Eləcə də, müsəlmanın qeyri-müsəlmana Qurban və Ramazan bayramları münasibətilə hədiyyə etməsi bəyənilir, xüsusilə də ki, hədiyyəni islama dəvət məqsədi ilə edirsə.
Allah ﷻ buyurur:
لَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَلَمْ يُخْرِجُوكُمْ مِنْ دِيَارِكُمْ أَنْ تَبَرُّوهُمْ وَتُقْسِطُوا إِلَيْهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ الآية

﴾ Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir ﴿
📗 Bax: Qurani Kərim, Əl-Mümtəhənə sürəsi 8 ayə.

Açıqlama: Dinimizə qarşı vuruşmayan qeyri-müsəlmana qarşı mülayim olmaq, ona yaxşılıq etmək dinimizdə bəyənilir.


           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

                      Birinci qayda
    Müsəlmana, kafirlərin və müşriklərin bayramları münasibəti ilə dinimizdə halal olan hər hansı hədiyyəni onlardan qəbul etmək caizdir.
Şərh və qeyd: Hədiyyə, halal yeməklərdirsə (şirniyyatlar, meyvələr və sair) qəbul etmək caizdir.


           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

                     İkinci qayda.
     Müsəlmana, qeyri-müsəlman bayramı münasibətilə müsəlmandan, kafir və müşrikdən, həmin bayramın xüsusiyyətlərindən olan (şam, küknar ağac, boyanmış yumurta və sairə) hədiyyəni qəbul etmək olmaz.
Şərh və qeyd: Hədiyyə, həmin bayram üçün məxsus hazırlanmış (yəni, elə şirniyyatlar var ki, ancaq o bayram üçün hazırlanır) şirniyyatlardırsa, boyanmış yumurtadırsa qəbul etmək olmaz.
Hədiyyə, bayram münasibətilə kəsilən ətdirsə, qəbul etmək olmaz.


           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈ 

                    Üçüncü qayda.
Müsəlmana, qeyri-müsəlman bayramlarını keçirməyi, ticari və mənəvi dəstək olmağı İslam dinimizdə qəti olmaz.
Allah ﷻ buyurur:



وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ﴾ الآية

﴾ Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir ﴿
📗 Bax: Qurani Kərim, Əl-Məidə sürəsi 2 ayə.

Şərh və qeyd: Müsəlmana, qeyri-müsəlman bayramlarını keçirməyi və ona dəstək olmağı ayədə zikr olunan "günah etdiyi iş və düşmənçilikdən" - hesab edilir.


وصلى الله وسلم على سيدنا محمد وآله وصحبه أجمعين
 وكتبه سليمان أبو إبراهيم الأذري
1438/6/19 ھ