Ön söz
Allahın bəşəriyyətə olan mərhəməti, onların doğru yoldan sapmaması üçün, insan və cinlərə Qur'ani Kərimi nazil etməsidir. Allah muradını bəşəriyyətə çatdırmaq üçün, Məhəmməd peyğəmbəri - ﷺ - elçi olaraq onlara göndərir.
Məhəmməd peyğəmbər - ﷺ - bəşəriyyəti, ən böyük fitnə-fəsada düşməsindən çəkindirir. Onlara şəriətin əhkamlarını başa salır, dinin incəliklərini öyrədir.
Məhəmməd peyğəmbərin - ﷺ - çəkindirdiyi qorxunc fitnə-fəsad, məzarların və türbələrin sahiblərinə olan bəşəriyyətin asılılığı idi. Bir sözlə, onlardan mədəd umması və ölüləri dirilərin Allah arasında vasitə və vasilə tutması idi. Məhz bu, ən böyük və bağışlanmayan günah, hansı ki, yer üzərində törədilmiş birinci fəsad idi.
Uca Allah buyurur :
وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا وَادْعُوهُ خَوْفًا وَطَمَعًا ۚ إِنَّ رَحْمَتَ اللَّهِ قَرِيبٌ مِنَ الْمُحْسِنِينَ
《Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır.》
(Əl-'Əraf sürəsi, 56 ayə)
Uca Allah buyurur :
إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَنْ يَشَاءُ ۚ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَىٰ إِثْمًا عَظِيمًا
《Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.》
(Ən-Nisə sürəsi, 48 ayə)
•┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•
Birinci Sual : fitrət üzərində olan insan, yəni Allaha iman gətirən insan, necə olur ki, həmin fitnə-fəsada düşür ? Bunun səbəbi nədir ?
Cavab : həmin fitnə-fəsad, bəşəriyyətdə yavaş-yavaş, tədricən baş verirdi. Hətta, indi də avam kütlənin arasında davam edir. Peyğəmbərlərin tarixi həyatına qayıdıb bu hadisələri oxuyub təsdiqini tapacaqsız.
İndi, sizə həqiqi misalı zikr edim :
1-ci mərhələdə : Fitrət (iman) üzərində olan insan, dinini öyrənmədikcə ( yəni, dünya işləri onu cəlb edir ) dinindən uzaqlaşır və şeytanın toruna düşür.
2-ci mərhələdə : İnsan din haqqında az-az eşidir, qəlbi döyülür, həyacan hissləri keçirir və o, ruhi-qidanı axtarmağa başlayır. Məsələ o dərəcəyə gəlib çatır ki, düzgün ruhi-qidanı nə cür, hardan və hansı məsdərdən alsın, öyrənsin bilmir. Hər eşitdiyini din zənn edib, onu qəbul etməyə başlayır.
3-cü mərhələdə : İnsanın bu halını görən şeytan, vəziyyətdən istifadə etməyə çalışır. Çünki, biz bilirik ki, şeytan, Allahın xalis olan qullarına yaxın dura bilmir.
Allah Təala buyurur :
قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
《İblis dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”.》
قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ
《Allah dedi: “Sən möhlət verilənlərdənsən - 》
إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ
《vaxtı məlum olan günə qədər !"》
قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ
《İblis dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;》
إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ
《Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!”》
قَالَ فَالْحَقُّ وَالْحَقَّ أَقُولُ
《Allah dedi: “Budur haqq! Mən yalnız haqqı deyirəm!》
لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنْكَ وَمِمَّنْ تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ
《Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!”》
(Sad sürəsi, 79 - 85 ayələr)
İblis, dini zəif olan insana vəsvəsə etməyə başlayır.
Qeyd etmək lazımdır ki, vəsvəsə :
- Sözlə olur. Şeytan, insan surətinə girərək, dillə danışır və insanı zəlalət yoluna yönəldir.
- Əməllə olur. Eyni şəkildə, şeytan, insan surətini alaraq, ona şirki, küfrü, fisqi öz əməli ilə göstərir, yönəldir.
- Qəlbə vəsvəsə ilə olur.
İblis, insan surətini alaraq, ona nə deyir, qəlbinə hansı vəsvəsəni edir ?
- Qəlbi iman nurundan məhrum olan insana deyir ki, :
" Ey filankəs, məzarda yatan bu ölü, vaxtı ilə çox gözəl insan olub. ".
Şeytanın bu cür yanaşması, insan psixologiyasından xəbərdar olduğunu bildirir. O bilir ki, düşüncəli insan, ağlı ilə yaxşını pisdən ayırmağı bacarır. Və bilir ki, insan pisə pis, yaxşıya yaxşı deyəcək. Ona görə də, onu doğru yoldan sapdırmaq üçün, ona addım-addım yaxınlaşır. İnsana bir başa : Ölüyə ibadət et ! - deyə əmr etmir. Çünki bilir ki, insanın ağlı, fitrət üzərində yaradılıb. Şeytan, o fitrəti heç vaxt kökündən yox edə bilməsə də, onu doğru yoldan sapdıraraq zəlalətə aparmaq istəyir. Bunun üzərində gecə-gündüz çalışır.
Günlər, aylar, illər keçir və insanın imanı azaldıqca o, artıq ruhi-qidadan məhrum olur. Nəticədə, insanın dünya həyatı heyvan həyatına bənzəyir. Artıq onu ancaq şəhvət və qida maraqlandırır.
Uca Allah buyurur :
سَاءَ مَثَلًا الْقَوْمُ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَأَنْفُسَهُمْ كَانُوا يَظْلِمُونَ
《Ayələrimizi yalan sayıb özlərinə zülm edən adamlar barəsindəki məsəl necə də pisdir!》
مَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِي ۖ وَمَنْ يُضْلِلْ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
《Allah kimə hidayət verirsə, doğru yolda olan da odur. Kimləri də azdırırsa, ziyana uğrayanlar da məhz onlardır.》
وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا ۚ أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ ۚ أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ
《Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.》
(Əl- 'Əraf sürəsi, 177 - 179 ayələri)
Uca Allah buyurur :
أَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَٰهَهُ هَوَاهُ أَفَأَنْتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا
《Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?》
أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا
《Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar.》
(Əl-Furkan sürəsi, 43 - 44 ayələri)
Bir müddət keçəndən sonra şeytan yenidən insan surətini alaraq onun qəlbinə vəsvəsə edib deyir :
" Məzarın sahibi həyatında çox gözəl insan olub. Yaxşı əməllər edib, kasıba əl tutub. Gəl onun xatirəsinə qəbrin üzərində bir heykəl düzəldək. Heykəli görən, onun yaxşı əməllərini yada salıb, onu zikr edər ".
Ağılla baxanda bu sözdə qəbahət bir şey yoxdur. İnsana məsləhət edən demir ki, gəl biz onu söyək, qəbrini xarab edək və sair. Deyir ki, yaxşı adam olub, gəl qəbrin üzərində heykəl qoyaq. İnsan, məsələdə qəbahət bir şey olmadığını düşünür və heykəli düzəltməyə qərar verir.
Beləliklə, yer üzündə ilk fitnə-fəsada yol açılıb.
Yəni, məzarın üzərində heykəl tikməklə, hələ məzara ibadət başlanmayıb, sadəcə artıq fitnə-fəsada və bağışlanmayan günaha qapı və yol açıldı.
Deməli, bir neçə müddət keçəndən sonra, şeytan insan surətini təzədən alaraq, həmin insana və ya ola bilsin ki, artıq onun övladına hətta, nəvəsinə yaxınlaşaraq deyir :
" sənə ( və ya sənin atan, baban bu qəbrin üzərində heykəli ucaltdılar ki, ) məzarın sahibini Allaha vasilə və vasitə tutması lazımdır ". Və iblis misal gətirir ( təbii ki, hər dövrün öz misalı var idi ), zamanımızda olan bəsit misalı : müdir, müdir müavini və müdirə müraciət edən sıravi şəxs. Həmin sıravi şəxs müdirə bir başa müraciət edə bilmədiyi üçün, müdirin müavinini vasitə tutur.
Bəli, indiyədək şeytan məqsədə çatmaq üçün vəsilələrdən istifadə edib, addım-addım hərəkət edirdi. Nəticə nə oldu ?
-İnsan məzarın sahibindən bir başa mədəd umdu.
-İnsan ölünü Allahla arasında vasitə və vasilə tutdu.
•┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•
Xülasə.
Günümüzdə dini maariflənmədən uzaq olan ölkələr, şəhərlər, kəndlər və elmi olmayan insanların çoxusu məhz bu növ ibadətlə Allaha üz tutur. Onlar qəbirləri, məzarları, türbələri Allaha vasitə və vasilə tuturlar. Unudurlar ki, səhv və xətərli yoldadırlar. İnsanlar doğru yola dönmələri üçün, dini oxuyub öyrənməlidilər. Bilmək lazımdır ki, düzgün dini maariflənmə insana fərzdir. Yeməkdən və içməkdən daha önəmlidir.
İkinci sual : Bəs bu növ təvəssül kimlərin maraqlarını güdür ? Bu növ təvəssül ibadəti ölkə iqtisadiyyatına necə təsir edir ?
Cavab :...
(Davamı vardır)
📚 Elm, faydalar məclisi.
✍🏻 سليمان جليل الأذري
1438/11/5هـ.