Sizə göndərdiyim bu videoda, namaz üçün kürsidən istifadə edən necə qılmalıdır danışılır.
1- məsələ: camaatla namaz qılan, safda duran, kürsinin arxa qıçlarını, yanındakı namaz qılanın ayaqların səviyyəsində qoymalıdır. Çünki, onun arxasında namaz qılan üçün səcdə yeri olsun gərəkir.
(01. dəqiqəyə kimi)
2- məsələ: bəziləri "bismilləh" deyib oturur, sonra təkbir gətirərək əllərini qaldırıb bağlayır. Bu isə xatadır.
Doğrusu budur ki, ayaq üstə "ihram təkbirini" "Allahu Akbar" deyib, sonra oturmağa ehtiyac varsa otura bilərsən.
Nəyə görə oturursan?
Rüku və ya səcdə üçün.
Əgər rükuya oturmağa ehtiyac yoxdursa, camaatla rüku et, oturma, səcdə üçün otur.
Yəni, kim ki, qiyamı ayaq üstə və rüku etməyə qadirdirsə o, namazını oturaraq qılsa, namazı səhih deyil.
(01. dəqiqədən sona kimi)
✍🏻 نقله سليمان أبو إبراهيم من شريط الفيديو.
1438/05/12 هـ