بسم
الله الرحمن الرحيم
Həqiqətən, həmd-səna Allaha məxsusdur. Biz Ona həmd-səna edir, Ona sığınır, Ondan bağışlanma və hidayət diləyirik. Nəfsimizin şərindən və pis əməllərdən Allaha sığınırıq. Allahın hidayət verdiyi şəxsi heç kim doğru yoldan azdıra bilməz, haqq yoldan azdırdığı kimsəni də heç kim hidayət yoluna yönəldə bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir və Onun heç bir şəriki yoxdur və şəhadət verirəm ki, Məhəmməd (ona Allahın salavatı və salamı olsun) Onun qulu və Elçisidir.
Məsələdə fikhi qayda və faydalar.
1. Rəsulullah ﷺ sünnəsini tətbiq etmək.
2. Sünnəni tətbiq etməklə savab qazanmaq.
3. Allah ﷻ qarşısında zəlillik heyətidir.
4. Namazda mütiliyi və Allah qorxusunu artırır.
5. Rafizilərə müxalif olmaq.
6. Namazda əlləri bağlı tutmaq - namazın əslidir.7. Ümumi ləfzi xas etmək üçün dəlilə ehtiyac var.
8. İslam dinində dəlilsiz danışmaq qadağandır.
Allah ﷻ buyurur:
أَمْ لَهُمْ شُرَكَاءُ شَرَعُوا لَهُمْ مِنَ الدِّينِ مَا لَمْ يَأْذَنْ بِهِ اللَّهُ ۚ وَلَوْلَا كَلِمَةُ الْفَصْلِ لَقُضِيَ بَيْنَهُمْ ۗ وَإِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
"Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir". Əş-Şura surəsi 21 ayə.
9. Bu məsələni daha geniş, hənbəli məzhəbi müzakirə edib.
10. Namazda olan əməllər "töqifidir", yəni dəyişməz, sabitdir. Namazın heyəti dörd qisimdən ibarətdir:
◇ Əl-Qiyam: əllər bağlı və sinədə saxlanılır.
◆ Ər-Ruku': əllər diz üzərinə qoyulur.
◇ Əs-Sucud: əllər yerə qoyulur.
◆ Əl-Culus: əllər diz üstünə qoyulur.
11. Hədis kitabların müəllifləri Malik, əl-Buxari, əbu Daud və başqaları, namazın qiyam halında əlləri bağlı saxlamaq barəsində bablar qeyd ediblər. Və heç birisi, namazın qiyam halında əllər açıq saxlanılır babını zikr etməyib. Əksinə, bu haqda nəhy yəni, qadağa babını zikr ediblər.
"Bab: Namazda "sədl"in qadağası" - "باب النهي عن السدل في الصلاة" 📗
"والمراد سدل اليد وهو إرسالها.."
"Namazda qadağan olan "sədl"in mənası - əllərin sallanmasıdır".
فيض القدير شرح الجامع الصغير 📚
13. Bu fikhi məsələ haqda bəzi risalələr yazılıb, onlardan:
زيادة الخشوع بوضع اليدين في القيام بعد الركوع" - بديع الدين السندي" 📚
أين يضع المصلي يديه بعد رفع من الركوع" - عبد العزيز بن باز" 📚
هدي خير الأنام في وضع اليمنى على اليسرى في القيام" - سيد بن سعد الدين الغباشي" 📚
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Namaz qılanda əlləri bağlı saxlamaq haqqında bir neçə hədis zikr edək.
1. Vail bin Hucrun رضي الله عنه hədisi.
قال: "رأيت رسول الله ﷺ إذا كان قائماً في الصلاة قبض بيمينه على شماله" رواه النسائي
Vail bin Hucr رضي الله عنه rəvayət edir: "Rəsulullah ﷺ namazda qiyam halında duranda sağ əli ilə sol əlini bağlı tutduğunu gördüm." Hədisi ən-Nəsəi rəvayət etmişdir. Hədis səhihdir.📖 Hədisin şərhi: Hədisdə "إذا" - bu ləfz ərəb dilində mütləq zaman kəsb edir. Yəni, Rəsulullah ﷺ hər dəfə namazın qiyam halına duranda əllərini bağlı tutardı. Fərqi yoxdur rükudan qabaq, yoxsa sonra. Bunu fikhi öyrənənlər bilməlidir.
ينظر: صحيح النسائي 886 📚
قال: "كان الناس يؤمرون أن يضع الرجل اليد اليمنى على ذراعه اليسرى إذا كان قائماً في الصلاة" رواه البخاري
Səhl bin Səədin رضي الله عنه dedi: "(Peyğəmbərimizin ﷺ zamanında) İnsanlar əmr olunurdular ki, namaza durarkən sağ əlini sol qolunun (biləyin dirsəyə yaxın hissəsinin) üzərinə qoysun." əl-Buxari rəvayət etmişdir. Hədis səhihdir.
📖 Hədisin şərhi: Hədisdə "إذا كان قائماً في الصلاة" - "namaza durarkən" sözü keçir. Bu ləfz hədisdə ümumi şəkildə istifadə edilib. Yəni, qiyam halı, rükudan qabaq və rükudan sonra olan namaz heyətinə deyilir. Və heç kim, bunlar ayrı-ayrı olan heyətdir deyib, iddia edə bilməz! Çünki, bu məqamın xas dəlilə ehtiyacı olacaq. O da ki, müxalifdə yoxdur. Bunu, üsulu-fikhi və ərəb dilini öyrənən bilməlidir.
ينظر: البخاري 740 📚
3. İbn Abbasın رضي الله عنه hədisi.
"قال: "سمعت رسول الله ﷺ يقول إنا معشر الأنبياء أمرنا بتعجيل فطرنا وتأخير سحورنا وأن نضع أيماننا على شمائلنا في الصلاة
İbn Abbas رضي الله عنه dedi: "Rəsulullah ﷺ belə dediyini eşitdim: "Biz peyğəmbərlər iftarımızı tələsdirməyə, sahurumuzu gecikdirməyə və namazda sağ əlimizi sol əlimizin üstünə qoymağa əmr olunduq." Hədis səhihdir.
📖 Hədisin şərhi: Səhl bin Səədin رضي الله عنه hədisində olan məsələyə dair şərhi, Abdullah bin Abbasın hədisində də eynidir.
ينظر: المجمع الزوائد 2/108 📚
4. Vail bin Hucrun رضي الله عنه hədisi.
عن وائل بن حجر قال:"رأيت النبي حين كبر رفع يديه حذاء أذنيه ثم حين ركع ثم حين قال: سمع الله لمن حمده رفع يديه رأيته ممسكا يمينه على شماله في الصلاة..." الحديث. اخرجه أحمد
📖 Hədisin şərhi: Vail bin Hucr رضي الله عنه Rəsulullah ﷺ rükudan sonra əllərini bağlı tutmağını zikr edib. Bu isə, rükudan sonra əllərin bağlı tutulmasına dəlildir.
ينظر: مسند الإمام أحمد 18891 / الأحاديث بأحكام شعيب الأرنؤوط عليها 📚
عن وائل بن حجر قال:"صليت خلف رسول ،فكبر حين دخل ورفع يديه، وحين أراد أن يركع رفع يديه، وحين رفع رأسه من الركوع رفع يديه، ووضع كفيه وجافى وفرش فخذه اليسرى من اليمنى، وأشار بأصبعه السبابة". أخرجه أحمد.
Hədis səhihdir.
📖 Hədisin şərhi: "... (Rəsulullah ﷺ) rükudan qalxdıqdan sonra, əllərini qaldırıb, bağladı..."
."فقوله: "وحين رفع رأسه من الركوع رفع يديه ووضع كفيه صريح ناطق في الباب
Bu cümlə, məsələdə dəlildir ki, rükudan sonra əlləri bağlı tutmaq sünnədir. Bu sözləri abu Muhammad Bədius Sindi "Ziyədətu xuşu" adlı kitabinda buyurub.
ينظر: مسند الإمام أحمد 18875 / الأحاديث بأحكام شعيب الأرنؤوط عليها 📚
6. Möminlərin anası Aişə رضي الله عنها hədisi.
عن عائشة رضي الله عنها قالت: "...كان رسول الله ﷺ إذا رفع رأسه من الركوع، لم يسجد حتى يستوي قائما...". الحديث
📖 Hədisin şərhi: Bu hədisin şərhində görürük ki, rükudan sonra olan namaz heyətinə - qiyam deyilir. Hədislərə əsasən qiyamda əllərin vəziyyəti bağlı olur.
ينظر: مسلم 498 📚
قال: "أن النبي نهى عن السدل في الصلاة..." الحديث. رواه أبو داود وأحمد والترمذي
Əbu Hureyra رضي الله عنه dedi: " Rəsulullah ﷺ namazda sədli qadağan etdi…". Əbu Dəud, Əhməd və ət-Tirmizi rəvayət etmişdirlər. Hədis səhihdir.
📖 Hədisin şərhi: "Sədl"-in mənalarından biri, əl-Munəvi əş-şafii (1031 h.) namazda - əllərin sallanmasıdır demişdir.
ينظر: صحيح أبي داود 643 / فيض القدير شرح الجامع الصغير / الفتوحات المكية لابن عربي 📚
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Sələfilərin həyatından.
Əlləri bağlı tutmaq - Allah qarşısında qorxunu və mütiliyi artırır. Və bu hal tabeliyin heyətidir.
Hətta, bəzi sələfilərimiz, əlləri bağlı heyətini namazdan kənar tətbiq edərdi. Yolda gedərkən sağ əli ilə sol əlini bağlı tutardı.
İmam əz-Zəhəbi Amru ibn əl-Əsvəd əl-'Ənəsi رضي الله عنه həyatı haqqında danışanda demişdir ki, o, məsciddən çıxanda sağ əli ilə sol əlini bağlı tutardı. Ondan o haqda soruşanda demişdir ki, "əllərin nifaqından qorxaraq edirəm". Yəni, kənardan yerişi təkəbbürlü görsənməsin deyə, əllərini bağlı tutardı.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Qədim alimlərin sözləri.
📖 Əl-Mərdavi əl-hənbəli (885 h.), hənbəli məzhəbin "əl-insaf fii mə'ğrifəti ər-racihi min əl-xiləf" kitabın müəllifi, imam Əhməddən (290 h.) nəql edib demişdir:"Rükudan qalxdıqdan sonra əllərini istər açıq saxla, istər bağlı tut".
📖 ibn Həzm əz-Zahirinin (456 h.) sözləri, rükudan sonra əlləri bağlamağa dəlalət edir.
📖 Əl-Qadı abu Ya'lə əl-hənbəli (458 h.)
📖 Əl-Kəsəni əl-hənəfi (587 h.)
📖 Ən-Nəvəvi əş-şafii (676 h.)
📖 ibn Həcər əl-Heytəmi əş-şafii (973 h.)
📖 Səmərqəndin şeyxləri.
📖 Hənəfi məzhəbin alimləri olan Əl-Qadı əbu Əli ən-Nəsəfi (684 h.), əl-Həkim AbdurRahman bin Muhamməd əl-Kətib, şeyx İsmayıl əz-Zəhid, əbu Səlimə demişdirlər ki: "Namazda əllərin açıq saxlanması rafizilərin, şiyələrin heyətidir, biz isə onlara qəsdən müxalif olmalıyıq".
Zikr olunan məzhəblərin alimləri namazda əlləri bağlamağın sünnət olduğunu demişlər.
المحلى / الإنصاف / روضة الطالبين / المجموع / الفتاوى الكبرى / شرح المهذب / البناية شرح الهداية📚
Müasir alimlərin sözləri.
📖 Şeyx Bədi' əd-Din əs-Sindi (1415 h. Allah ona rəhmət etsin) namazda rükudan sonra əlləri açıq saxlamaq barəsində, "sədl" hədisinə əsasən qadağan olduğunu demişdir.
ينظر: "زيادة الخشوع بوضع اليدين في القيام بعد الركوع" بديع الدين السندي 📚
"...وليس مع من قال إرسالهما بعد الركوع حجة يحسن الإعتماد عليها فيما نعلم، بل ذلك خلاف صريح السنة"
"Bildiyimiz qədər, rükudan sonra əlləri açıq saxlamaq lazımdır deyənlərin, elə bir hüccəti yoxdur ki, üzərinə etimad edilsin. Əksinə, dedikləri sünnəyə müxalifdir...".
قد دلت الأحاديث عن رسول الله على أن السنة وضع اليمين على الشمال على الصدر حال القيام في الصلاة، ولم يرد عن النبي. ولا عن الصحابة أنهم أسدلوا أيديهم أرسلوها بعد الركوع، فدل ذلك على أن هذا العمل جاري في القيام قبل الركوع وبعده. ومن زعم أن اليدين ترسلان بعد الركوع فعليه الدليل؛ لأن الأصل أن اليدين توضعان على الصدر وقت القيام في الصلاة، وهذا يعم القيامين القيام قبل الركوع والقيام بعد الركوع
Şeyx ibn Bazz رحمه الله davam edərək buyurur: "Rəsulullahdan ﷺ hədislər dəlalət edir ki, namazın qiyam halında əllər bağlı saxlanılır. Bu rükudan qabaq və rükudan sonraya aiddir. Bunun əksini deyən, sübüt etməlidir. Çünki, əsl budur ki, namazın qiyam halında - əllər bağlı saxlanılır."
"ينظر: فتاوى ابن باز / ج 29 "كتاب ملحقات الصلاة - باب صفة الصلاة - حكم قبض اليدين بعد رفع من الركوع📚
ينظر: مجموع فتاوى ابن عثيمين 📚
📡Bax: https://youtu.be/KnCClR8roX4
"...فإذا رفع رأسه، استوى حتى يعود كل فقار إلى مكانه..."
"Öz yerini alardı"- nə deməkdir, mənası nədir? Rükudan qabaq olan vəziyyət yoxsa, namaza girməmişdən öncə olan vəziyyətə? Doğru mənası budur ki, rükudan qabaq olan vəziyyətə, yəni əlləri bağlı tutur. Və bu rəy sünnəyə daha yaxındır.
📖 Şeyx Abdul Muhsin əl-Əbbad حفظه الله (Allah onu hifz etsin) buyurub ki, rükudan sonra əlləri bağlı tutmaq - sünnədir.
📡Bax: https://youtu.be/HOt2fjOiDh8
📖 Şeyx Abdullah əs-Saad حفظه الله (Allah onu hifz etsin) məsələdə olan xilafı zikr edəndən sonra buyurub ki,:"...ola bilsin həqiqətə daha yaxın olan rəy, birinci rəydə olan alimlərin rəyidir. Yəni, rükudan qalxdıqdan sonra qolları bağlı tutmaq, sağ əli sol əlin üzərinə qoymaqdır...". Və sonra şeyx məsələyə dair Səhl bin Səədin hədisini zikr edir.
ينظر: إجابة الشيخ عبد الله السعد على أسئلة اللقاء المفتوح بمنتدى بريدة 📚
📡Bax: https://youtu.be/QzO_eCOQV6o
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Xülasə.
◇ Namazda açıq deyil, əksinə əlləri bağlı saxlamaq - namazın heyətindən sayılır.
◆ Namazda əlləri bağlı tutmağın mənası - Allah qarşısında zəlillik deməkdir. Və bu əməl Allah qorxusunu və mütiliyi artırır.
◇ Rükudan qalxdıqdan sonra əlləri bağlı tutmağın hökmü - müstəhəbdir.
◆ Namazda olan qiyam halı - rükudan qabaq, rükudan sonra, ikinci, üçüncü və dördüncü rükətdə, kusuf və xusufda olan qiyamlardan fərqlənmir. Hamısına qiyam deyilir.
◇ Namazda əlləri bağlı saxlamaq - bütün Peyğəmbərlərin sünnəsidir.
◆ Nə Rəsulullahdan ﷺ nə də ki, səhabələrdən رضي الله عنهم namazın qiyam heyətində, əlləri açıq saxlamaq barəsində hədis, əsər varid olmayıb. Əksinə, hədis və əsərlər əlləri bağlı tutmağa aid varid olub.
◇ Rəsulullahdan ﷺ və səhabələrdən رضي الله عنهم rükudan qalxdıqdan sonra əlləri açıq saxlamaq varid olsaydı, bu haqda zikr olunardı.
◆ Namazda rükudan sonra əllər açıq saxlanılır, deyənlərin mötəbər dəlilləri yoxdur, sadəcə rəydir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Nəsihət.
Namaz qılan hansını etsin?
Tövsiyə olunur ki, namaz qılan məsələnin dəlillərini diqqətlə oxusun və sonra qəlbi yatdığı rəyi götürsün.
Məsələdə ixtilaf genişdir. Buna əsasən, əllərini bağlı tutmaq istəyən bağlı tuta bilər, açıq saxlamaq istəyən açıq saxlaya bilər. İxtilaflı məsələdə muxalifə inkar edilməz!
هذا والله أعلم، وصلى الله على نبينا محمد وعلى آله وصحبه أجمعين
Bu qədər, Uca Allah daha yaxşı bilir! Allahın Elçisinə (ona salavat və salamı olsun).
27/04/1438 h.