əbu Riyə kimdir?




Şeyx Məhəmməd ibn Muxtar əş-Şənqıtı (Allah ondan razı olsun) dedi: "Bir nəfər əbu Riyəni son nəfəsini verəndə ziyarət edərkən gördü ki, onun üzü qaralıb və o, uca səslə: "..ah", "..ah", "Əbə Hureyra", "Əbə Hureyra"- deyərək son nəfəsini verdi.."
Allah Təala bizləri bu rəzil və pis sondan uzaq etsin!

Kimdir bu əbu Riyə

Mahmud əbu Riya Misirdə 1889-ci ildə anadan olub və 1970-ci ildə vəfat etmişdir.
     Bu adam sünnəyə şübhə edən, sünnəyə hücum edən (sünnə dedikdə, yəni Peyğəmbərimizin
(ona Allahın salavatı və salamı olsun) mübarək hədisləri) və ən çox əbu Hureyraya qarşı (Allah əbu Hureyradan razı olsun) sərt danışan biri idi. Hətta o, bu haqda kitab yazmışdı. Çünki səhabələrin arasında ən çox hədisləri rəvayət edən Əbu Hureyra idi.




 Alimlər zamanında bu adama elmi rəddiyə vermişlər. Məşhur elmi yazılardan biri
 AbdurRahman bin əl-Mu'alliminin (Allah ondan razı olsun) "əl-Ənvar əl-Kəşifə" adlı kitabıdır.
                                                              ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈