Bayram namazını evdə tək və yaxud camaat şəklində qılmaq olarmı?


Sual: Bayram namazını yayılmış "korona virus"- epidemiya səbəbindən dolayı evdə tək və yaxud camaat şəklində qılmaq olarmı?
..الجواب: الحمدُ لله، والصَّلاة والسَّلام على نبيِّنا محمَّد، وعلى آله وصحبه أجمعين؛ أمَّا بعد
Cavab:《Əlhəmdülillah, və səllallahu aleyhi və səlləm, əmmə bə'd:

..فإنَّ صلاةَ العيد إذا تعذَّرت إقامتُها لمانعٍ، كما في هذه الأيام
Hər hansı səbəbdən dolayı Bayram namazını (məsciddə camaatla) qılmaq mümkün olmasa, yaşadığımız bu günlərdəki kimi..

..فحكمُها هو حكمُ مَن فاتته هذه الصَّلاة، أعني صلاةَ العيد، وللعلماء في ذلك مذاهب
..hökmü - bu namazı vaxtında əda edə bilməyən kimidir. Bayram namazını qəsd edirəm. Alimlərin bu məsələdə bir neçə görüşü vardır..

..قيلَ: يُصلِّيها ركعتين، وقيلَ: أربعًا، وقيلَ: يُصلِّيها على صفتها، وهو الصَّحيح، أي: يُصلِّيها ركعتين
..iki rükət deyənlər var. Dörd rükət də deyənlər oldu. Kimi də bayram namazı olduğu şəkildə qılınır, dedi. Və bu (son) fikir səhihdir. Yəni, iki rükət qılınır..

..ويُكبِّر التَّكبيرات الزَّوائد، ويجهرُ فيها بالقراءة ولا يخطب، كما هو الشَّأن في كلِّ عبادة مقضيَّة، أنَّها تؤدَّى على صفتها
..və ziyadə təkbirlər gətirilir, qiraət uca səslə oxunur, (sadəcə) xütbə verilmir. Bu hal digər qəza ibadətlər kimidir, özünə məxsus şəkildə əda edilir..

..وتُصلَّى فرادى وجماعة
..istər tək və yaxud camaat şəkildə qılınır..

ويدلُّ لذلك فعلُ أنسٍ بن مالك -رضي الله عنه- أنَّه إذا فاتته صلاةُ العيد جمعَ أهله وبنيه، ثم قامَ عبدُ الله بن أبي عتبة مول فصلَّى بهم ركعتين، يكبرُ فيهما، كصلاة أهل المصر وتكبيرهم
..dəlili isə Ənəs bin Malikin (Allah ondan razı olsun) feli əməlidir. O, bayram namazına çatmadığı üçün ailəsi və övladlarını yığaraq, qulu Abdullah ibn əbi Utbə onlara imam duraraq ziyadə təkbirləri deyib iki rükət bayram namazını qıldırdı...》 Buxari [987] | İbn Əbi Şeybə [5803] | Əl-Beyhəqi [6237]


Hörmətli Şeyx: AbdurRahman bin Nasır Əl-Barrak - Allah onu hifz etsin!

┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈