QURBANLIQ HEYVANI ÇƏKİ İLƏ ALMAQ
﷽
﷽
Sual:
1 - Biz, qeyri-müsəlman ölkəsində təhsil alan tələbələrik. Burada heyvanlar yalnız diri şəkildə tərəzidə çəkilərək satılır. Onlardan qurban kəsmək olarmı?
2 - Bilərək ki, həmin ölkənin əksər sakinləri xristianlardı. Bizim onların kəsdikləri ətləri və toyuqları yeməyimiz icazəlidirmi? Onlar bəlli olmayan özlərinə məxsus bir şəkildə kəsirlər.
Cavab: əl-Həmdulilləh, vas-salətu vas-sələmu alə rasulilləh va alə əlihi va sahbihi, əmmə bədu:
İşin əsli budur ki, qoyun, inək və sairə diri heyvanları satarkən onların çəkilməsinə ehtiyac yoxdur. Əgər heyvan varsa, ona gözlə baxıb qiymət verilir. Ya da onları bir-birindən fərqləndirəcək vəsflərə görə alınır. Beləliklə də naməlumluq və aldatma kimi məsələlər aradan qaldırılır. Çəki ilə satışa gəlincə bu cür alqı-satqı bəlli olmayıb. Lakin zahirən görünən budur ki, belə alqı-satqıda heç bir qadağa yoxdur. Çünki satışa mane olacaq bir maneə yoxdur. Buna görə də qurbanlıq heyvanı çəki ilə almaqda heç bir problem yoxdur.
Məlum olmayan yolla kəsilən ətlərə gəlincə 2326 nömrəli fətvada buna cavab verilib.
Allah daha yaxşı bilir.
📡 fatwa.islamweb.net 14080
Tərcümə: Abu AbdurRahman.
1439/12/20
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈