Hənbəlilərin imamı, şeyxi Abdullah ibn AbdulAziz ibn Əqilin Əl-Əqilin həyatından.
(Birinci hissə)
﷽
Nəsli və ailəsi:
Şeyx, Qazi, abu AbdurRahman, Abdullah ibn AbdulAziz ibn Əqil ibn Abdullah ibn AbdulKərim ibn Əqil Əl-Əqil əl-'Unezi, əl-Hənbəli. Şeyx Abdullah Əqil 'Uneyza şəhərində hicrətin 1335/1/1 ilində, miladi ilə 1916/10/28 anadan olmuşdur. Şeyxin əsli Mədinənin Ansarlarından, əl-Xəzrəc qəbiləsinə qayıdır. Şeyx atası AbdulƏzizin evində böyüyür. Atası ona evində, dükanında oxumağı, yazmağı öyrədir. Atası ilə bir yerdə şeyxlərin dərslərində iştirak edirlər. Xüsusilə 1348 ildə mütəmadi olaraq şeyx AbdurRahman əs-Sədinin dərslərinə gedirdilər.
Şeyxin müəllimləri.
Şeyx ibn Əqil dini elmi böyük alimlərdən tələb edirdi. Onlardan:
- Əlləmə Şeyx AbdurRahman bin Nasır əs-Sədi, 12 il.
- Əlləmə Muhəddis Abdullah əl-Qar'avi, 13 il.
- Əlləmə Muhammad ibn İbrahim Əl-Şeyx, 14 il.
- Əlləmə Muhəddis Əli ibn Nasır abu Vadi, bir neçə gün.
- Əlləmə Muhəddis AbdulHaqq ibn AbdulVahid əl-Həşimi əl-'Uməri.
- Abdullah ibn Muhammad ibn Abdullah ibn Məni'.
- Əlləmə Muhammad əl-Əmin əş-Şənqıti.
- Şeyx AbdurRəzzaq Əfifi.
Həmçinin şeyx ibn Əqil bir neçə məşhur islam alimləri ilə ünsiyyətdə olub, elmi söhbətlər edib. Onlardan: şeyx Əhməd Şəkir, şeyx əl-Albani, şeyx ibn Həmdən, şeyx AbdulMuhsin əl-Abbadla və başqaları.
Şeyx Abdullah Əqilin Əhməd bin Hənbələ qədər fikhdə isnadı vardır. (İsnadın şəklini saytda yerləşdiriləcəkdir)
Allah hamısına rəhmət etsin.
Ardı vardır..
📚 Bax:
النجم البادي في عوالي مقروءات العلامة ابن عقيل على شيخه المحدث علي أبو وادي
(7/29-37)
Suleyman Cəlil.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈