HEYVANI TƏRƏZİDƏ ÇƏKƏRƏK ALMAQ
﷽
SUAL: Əti yeyilən heyvanları məsələn, diri toyuğu çəki ilə satmaq olarmı? Bu yolla alqı-satqı bizdə geniş yayılıb.
CAVAB:
Əlhəmdulilləh.
Bəli. Diri heyvanı çəki ilə satmaq olar.
Əl-Ləcnə əd-Dəiməyə belə bir sual verilir: Diri və ya kəsilmiş toyuğu və heyvanı çəki ilə almaq olarmı?
Cavab: Müsəlmanlar arasında müamilənin əsli halallığın (yəni, istənilən alqı-satqı formasının icazəli) olmasıdır. Yalnız pak şəriətin dəlillə haram etdiyi müstəsnadır. Bununla da toyuğun və heyvanın çəki ilə alınmasının icazəli olmasını bilirik. Şəriətdə buna maneə olacaq bir maneənin olduğunu bilmirik.
Fətəva əl-ləcnə əd-dəimə (13/290).
Həmçinin Əl-Ləcnənin (13/290) fətvasında deyilir: Qoyun-keçi və digər heyvanları diri vəziyyətdə çəki ilə almaq olar. İstər çəki kiloqramla və ya başqa çəki vahidi ilə ölçülsün. Çünku məqsəd aldığın şeyi bilməkdirsə, bu da çəki ilə hasil olmuşdur.
Əl-Ləcnənin digər fətvasında (13/289) deyilir: Heyvanı tərəziyə qoyaraq satmaq olar. Heyvanı çəkiyə qoymadan gözlə baxaraq almaq isə, icma ilə (yekdilliklə) icazəlidir.
📡 https://islamqa.info/ar/39507
Tərcümə: Abu AbdurRahman.
1439/12/20
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈