QURBAN KƏSİLƏN HEYVANIN YAŞINA DİQQƏT ETMƏK VACİBDİR






SUAL: Qurban kəsilən heyvan üçün konkret yaş həddi varmı? İl yarımlıq inəyi qurban kəsmək olarmı?

CAVAB: Əlhəmdulilləh. Birincisi: Alimlər Allah onlara rəhmət etsin ittifaq ediblər ki, şəriət qurbanın yaşı barədə hədd qoyub və bundan aşağı olanını kəsmək olmaz. Kim bundan aşağı olanını kəsərsə, qurbanı kəsmiş sayılmaz. Nəvəvinin "əl-Məcmu" (1/176) kitabına bax.

Buna dəlalət edən hədislər də varid olmuşdur. Onlardan biri də Buxari (5556) və Muslimin (1961) Bəra ibn Əzibdən Allah onlarin ikisindən də razı olsun etdiyi hədisdir. O demişdir: "Əbu Burdə adlı dayım bayram namazından əvvəl qurban kəsdi. Allahın Rəsulu ﷺ sallallahu aleyhi və səlləm ona dedi: "Sənin qoyunun ətlik qoyun sayıldı." O dedi: "Ey Allahın Rəsulu, mənim cəzəə ev keçim var." Başqa rəvayətdə : "cəzəə baş keçim" Buxariin (5563) rəvayətində: "Məndə cəzəə var. O musinnədən daha yaxşıdı. Kəsim onu? " Cavabında dedi: "Kəs onu. Amma səndən başqasına icazəli olmayacaq." Digər rəvayətdə dedi: "Səndən sonra heç kimə izn yoxdur." Sonra buyurdu: "Kim namazdan əvvəl kəsərsə özü üçün kəsmiş sayılar. Kim namazdan sonra kəsərsə qurbanı tamamlanmış sayılar və o, müsəlmanların sünnəsinə (yoluna) müvafiq olmuşdur."
Bu hədisə əsasən, cəzəə yaşında keçi qurban kəsilməz. Cəzəə sözünün izahı qarşıda veriləcək.

İbn əl-Qeyyim "Təhzib əs-Sunən" kitabında demişdir: "Səndən sonra heç kimə izn yoxdur." sözünə gəlincə, bu, qəti şəkildə ondan sonra kiməsə izn verilməsini inkar edir." Son.

Belə rəvayətlərdən biri də Muslimin (1963) Cabirdən Allah ondan razı olsun nəql etdiyi hədisdir. O demişdir: "Allahın Rəsulu sallallahu aleyhi və səlləm buyurmuşdu: "Musinnədən başqasını kəsməyin. Yalnız sizə çətin olduqda, cəzəə qoyun kəsin." Bu hədis də, musinnənin kəsilməsinin labüd olduğunu bildirir. Yalnız qoyunda cəzəə kəsilə bilər.

Nəvəvi "Şərh Muslim" əsərində demişdir: "Alimlər demişlər: "Musinnə hər şeydən, dəvədən, inəkdən və xırdabuynuzdan səniyyə və daha yuxarı olandır. Bu açıq-aydın göstərir ki, qoyundan başqa heç bir heyvanın cəzəəsi bütün hallarda olmaz." Son.

Hafiz İbn Həcər "Təlxis" (4/285) kitabında demişdir: "Hədisin zahiri tələbinə əsasən, qoyunun cəzəə forması icazəli deyil. Yalnız musinnəni kəsməkdə aciz olsa kəsə bilər. İcma (alimlərin yekdil rəyi) isə bunun əksini deyir. Vacibdir ki, onu yozaq və "ən əfzəli budur" deyilsin. Belə nəzərdə tutulsun: Müstəhəbdir ki, musinnədən başqası kəsilməsin." Son.

Nəvəvi də "Şərh Muslim" kitabında belə demişdir.
"Əvnul-məbud" kitabında demişdir: "Bu yozum təyin edilmişdir."
Sonra Qurban kəsərkən cəzəə qoyunun kəsilməsinə icazə verən bəzi hədisləri qeyd etmişdir. Onlardan biri də, Uqbə ibn Amirin Allah ondan razı olsun rəvayəti ilə olan hədisdir. O demişdir: "Allahın Rəsulu sallallahu aleyhi və səlləm ilə birgə cəzəə qoyun kəsdik." Nəsai (4382).
Hafiz İbn Həcər: "İsnadı güclüdür." - demişdir. Albani də "Səhih Nəsai" kitabında səhih olduğunu demişdir.

"Əl-Movsuətul-fiqhiyyə" (5/83) də qurbanlığın şərtləri qeyd olunarkən deyilmişdir: "2-ci şərt: Qurbanlıq kəsilmə yaşına çatsın. Belə ki, dəvə, inək və keçidə səniyyə və ya daha yaşlı olsun, qoyunda isə cəzəə və ya ondan yaşlı olsun. Qoyundan başqalarının səniyyəyə çatmayanları icazəli deyillər. Qoyunun isə cəzəə yaşına gəlməyəni kəsilməz... Bu şərt, fiqh alimləri tərəfindən ittifaqla söylənilib. Lakin onlar səniyyə və cəzəə sözlərinin açıqlanmasında ixtilaf etmişlər." Son.

İbn Abdul-Bərr Allah ona rəhmət etsin demişdir: "Qoyundan başqa keçidə və hər bir şeydə cəzəənin kəsilməsinə icazə verilmədiyi barədə ixtilaf bilmirəm. Bütün bunların səniyyəsi və daha yaşlısı icazəlidir. Qoyunun isə səniyyəsi ilə cəzəəsi də kəsilə bilər." "Tərtib ət-Təmhid" 10/267).

Nəvəvi "Məcmu" (8/366) kitabında demişdir: "Ümmət icma etmişdir ki, dəvədə, inəkdə və keçidə yalnız səniyyə icazəlidir. Qoyunda isə, yalnız cəzəə icazəlidir. Bu qeyd olunanlar keçərlidir. Buna baxmayaraq bəzi məzhəb tərəfdarlarımız rəvayət edirlər ki, İbn Ömər və Zuhri belə demişlər: "Qoyunda cəzəə icazəli deyil." Əta və Əvzai isə demişlər: "Dəvə, inək, keçi və qoyunun cəzəə olanını kəsmək olar." Son.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

İkincisi: 
Kəsilən qurbanın konkret yaşına gəlincə, məzhəb imamları bu barədə ixtilaf etmişlər:

CƏZƏƏ QOYUNda: hənəfi və hənbəlilərə görə 6 ayı tamam olan, məliki və şafiilərə görə bir ili tamam olandır.
MUSİNNƏ(SƏNİYYƏ) KEÇİdə: hənəfi, maliki və hənbəlilərdə, bir ili tamam olan, şafiidə isə, iki ili tamam olandı.
MUSİNNƏ İNƏKdə: hənəfi, şafii və hənbəli məzhəbində iki yaşı tamam olan, malikidə isə, üç yaşı tamam olandır.
MUSİNNƏ DƏVƏdə: hənəfi, məliki, şafii və hənbəli məzhəblərində beş ili tamamlanandı.

BAX: "Bədəi əs-sanəi" (5/70), "Əl-Bəhr ər-raiq" (8/202), "ət-Təc vəl-iklil" (4/363), "Şərh muxtəsər Xalil" (3/34), "əl-Məcmu" (8/365), "əl-Muğni" (13/368).

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Şeyx İbn Useymin Allah ona rəhmət etsin "Əhkəmul-ədhiyə" da demişdir: "Dəvədə səniy beş ili tamam olandı. İnəkdə səniy iki ili tamam olandı. Xırda buynuzlularda səniy bir ili, cəzəə isə yarım ili tamam olandır. Dəvə, inək və keçidə səniy yaşına çatmayanlar qurban kəsilməz. Qoyunda isə, cəzəə vaxtına çatmayan qurban kəsilməz." Son.

Əl-Ləcnə əd-Dəimənin (11/377) fətvasında deyilir: "Şəriət dəlilləri bildirir ki, qoyundan altı ayı tamam olan, keçidən bir ili tamam olan, inəkdən iki ili tamam olan, dəvədən beş ili tamam olan icazəlidir. Bu deyilənlərdən aşağı olan nə hədy (həccə gətirilən), nə də qurbanlıq kimi icazəli deyil. Bu hədydə asan olandır. Çünki Kitab və Sünnə dəlilləri bir-birini açıqlayır." Son.

Əl-Kəsəni "Bədəi əs-Sanəi" (5/70) kitabında deyir: "İllərin bu dediyimiz miqdarla qoyulması artıma deyil, nöqsana maneədir. Bunlardan az yaşda olanları kəssə icazəli sayılmayacaq. Bunlardan yuxarı yaşda olanları kəssə icazəli sayılacaq və daha fəzilətli olacaq. Həməl (quzu), cədiy (çəpiş), icl (buzov) və fasil (süddən ayrılmış) kimi heyvanlar qurbanlıqda icazəli deyillər. Çünki şəriət qeyd olunan illərlə varid olub. Bunlar isə, illərlə bağlı adlar deyil." Son.

Bununla da aydın olur ki, iki ili tamamlanmamış inəyin kəsilməsi heç bir imama görə icazəli sayılmır.

Allah daha çox bilir.

📡 https://islamqa.info/ar/41899

Əbu AbdurRahman.
1439/11/25