Yatmamışdan öncə kəlmeyi şəhadəti demək olarmı?﷽
Bəzi qardaşlar sual verirlər ki, yuxuya getməmişdən öncə kəlmeyi şəhadəti demək olarmı?
Cavab olaraq, bilmək lazımdır ki, Peyğəmbərimiz ﷺ müsəlmana yatağına girəndən sonra və yatmamışdan öncə bu duanı deməsini öyrətmişdir.
"Yatağına girməmişdən öncə, namaz üçün aldığın dəstamazdan al, sonra (yatağına girəndə) sağ tərəfinə çön və de:
"Allahummə əsləmtu vəchi ileykə, və fəvvadtu əmri ileykə, və əl-cə-tu zahri ileykə, rahbətən və rağbətən ileykə, ləə məljə və lə mənjə minkə illə ileykə, əməntu bikitəbikəl-ləzi ənzəltə və binəbiyyikəl-ləzi ərsəltə, fəin mittu, mittu 'aləl fitra."
Peyğəmbərimiz ﷺ bu duanı ən axırda, yəni bütün duaları etdikdən sonra deməsini buyurmuşdur. Hədisin ravisi əl-Bara ibn 'Azib. (Buxari)
Bu hədis özündə -kəlmeyi şəhadəti cəm edir.
Həmçinin bəzi alimlər, kəlmeyi şəhadəti yatmamışdan öncə deməsini, ümumi zikirlərə aid etmişdirlər. Misal olaraq Peyğəmbərimiz ﷺ buyurub: "Kimin son sözü "Ləə iləha illəllahu" (yəni kəlmeyi şəhadət) olarsa, cənnətə daxil olar" Hədisin ravisi Muaz. (Əhməd)
"Yuxu - ölümün qardaşıdır!" - əş-Şəukani (Allah ona rəhmət etsin), "Neyl-əl-Autar" (نيل الاوطار) adlı kitabında bu hədisi şərh edəndə buyurub.
İbn Həcər əl-Heytəmi -Allah ona rəhmət etsin, buyurub: "Zikirlərin ən əfzəli olan, hansını ki, Uca Allah xüsusiləşdirmədən, yəni nə vəziyyətdən nə də ki, zamanından asılı olmayaraq, səhih xəbərə görə (yəni Cabirin rəvayət etdiyi hədisinə əsasən) "təhlildir" - "Ən əfzəl zikr - "Ləə iləha illəllah" (Tirmizi nəql edib) " Son.
Bax: "əl-Fətava əl-Hədisiyə" səh: 109.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Allah təala buyurur:
فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونِ
"Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə küfr etməyin!"
Bax: Əl-Bəqərə surəsi, 152 ayə.
Allah təala buyurur:
وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ
"... Allahı çox yad edin ki, bəlkə nicat tapasınız."
Bax: Əl-Ənfəl surəsi, 45 ayə.
Allah təala buyurur:
الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُمْ بِذِكْرِ اللَّهِ ۗ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ
"Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır."
Bax: Ər-Rad surəsi, 28 ayə.
Peyğəmbərimiz ﷺ buyurur: "İmanızı təzələyin." Dedilər: "İmanımızı necə təzələyək yə rəsullah?" Dedi: "Ləə iləhə illallah - kəlməsini çox deyin." Hədisin ravisi Əbu Hureyra. (Əhməd)
Ümumi ayə və hədislərə əsasən, kəlmeyi şəhadəti hər zaman demək icazəlidir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Xülasə:
1. "ət-Təhlil" zikri - mütləq şəkildə ən əfzəl zikr olduğu üçün, hər zaman demək icazəlidir. Həmçinin yuxuya getməmişdən öncə.
2. Ümumi ayə və hədislərə əsasən.
3. Diqqət etmək lazımdır ki, müəyyən sayda edilməsin. Mütləq sayda olsun. Müəyyən sayda olsa, bidət əmələ çevrilir.
Və sonda.. Yatmamışdan öncə kəlmeyi şəhadəti bidətdir demək, ümumi ayə və hədislərə əsasən yanlışdır.
Uca Allah daha yaxşı bilir.
Suleyman Cəlil.
1439/11/27