Ey Allahın qulu! Qəbir əzabı və neməti haqqında nə bilirsən?




  (Birinci hissə)


   ﷽
   Müsəlmana - insan öldükdən sonra qəbir əzabı və neməti olduğuna iman etməsi vacibdir. Bu haqda Qurani Kərimdə bəzi ayələr bizə xəbər verir.
   Bəzi insanların gözləri kor, qəlbləri isə qapalı olduğundan Qurani Kərimin bu ayələrini görmür, dərk etmir. Bu səbəbdən onlar öz düşüncələrində inadkardırlar.
Uca Allah buyurur:

أَفَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا ۖ فَإِنَّ اللَّهَ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۖ فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ

"Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, doğru yolla gedən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini bilir."

Bax: Qurani Kərim, Fatır surəsi, 8 ayə.

Qəbir həyatına - "bərzəx həyatı" deyilir. Allah təala bərzəx həyatı haqqında Qurani Kərimdə bizə xəbər verir. Bərzəx həyatında insana ya əzab və yaxud nemət verilir. Qəbir əzabına dair ayələr barədə sizə danışım.


          ┈┉┅━❈▫❈ 1 ❈▫❈━┅┉┈

Uca Allah Nuh qövmü barəsində buyurur:

مِمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُمْ مِنْ دُونِ اللَّهِ أَنْصَارًا

"Onlar öz günahlarına görə suya qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar."

Bax: Qurani Kərim, Nuh surəsi, 25 ayə.

Şərh: Bu ayə Nuh - aleyhis-salamın qövmü barəsində bizə xəbər verir. O zaman ki, onlar Allahın ayələrini yalan saydılar, Uca Allah onları suya qərq edib, oda atdı. Ayədə - "fə" hərfi zikr edilir. "Fə" hərfindən sonra, cəza zikr edilir. Fikir verin:
 ... فَأُدْخِلُوا نَارًا ...

"Fə-udxiluu" - "və oda atıldılar." Uca Allah "ثم" - "sonra" demədi, yəni "sonra oda atdılar". "" (və) "dərhal" mənasını verməklə, bərzəx həyatı olduğunu bizə göstərir. "", ana dilimizdə "və" bağlayıcısı kimi tərcümə edilir, lakin mənası - "dərhal", "həmin an" - deməkdir. Baxmayaraq ki, ərəb dilində bir hərf olsa belə, onun mənası vardır. Bunu ərəb dilini və bəlağətini bilən başa düşər.

          ┈┉┅━❈▫❈ 2 ❈▫❈━┅┉┈

Allah ﷻ Lut qövmü barəsində buyurur:

فَجَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِنْ سِجِّيلٍ

"Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq."

Bax: Qurani Kərim, Əl-Hicr surəsi, 74 ayə.

Şərh: Bu ayədə, Uca Allah buyurur ki, Allah onların üzərinə odda bişmiş gil daşlar yağdırdı, hansı ki, bu daşlar onları yerin dibinə girdikdə, yəni öldükdən sonra, cisimləri parça- parça olduqlarına rəğmən onlara əzab olaraq yağdırdı.
Sual: Onlar öldükdən sonra axirətdən qabaq onlara niyə əzab verilsin ki? Niyə oranı alt-üst etdikdən sonra, üstlərinə odda bişmiş gil daşlar yağdırsın? Deməli, bu bərzəx həyatın mövcud olduğuna dəlildir. Bunu yalnız nurlu qəlblər anlar. Kor deyil! 

Uca Allah buyurur:
مُسَوَّمَةً عِنْدَ رَبِّكَ ۖ وَمَا هِيَ مِنَ الظَّالِمِينَ بِبَعِيدٍ

"O daşlara Rəbbinin yanında işarə qoyulmuşdur. Onlar zalımlardan da uzaq deyildir."

Bax: Qurani Kərim, Xud surəsi, 83 ayə.

Uca Allah buyurur:
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِنْ طِينٍ

"onların üstünə gildən daşlar yağdıraq –"

مُسَوَّمَةً عِنْدَ رَبِّكَ لِلْمُسْرِفِينَ

"həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!"

Bax: Qurani Kərim, Əz-Zəriyyat surəsi, 33-34 ayələr.

".. nişan qoyulmuş daşlar" - yəni öyrədilmiş və hazırlanmış daşlar. Onlar harda və hansı halda olurlarsa olsunlar, bu daşlar Allahın qüdrəti ilə onları vuracaqdır. 

          ┈┉┅━❈▫❈ 3 ❈▫❈━┅┉┈

Allah ﷻ Firon ailəsi barəsində buyurur:

النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا ۖ وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ

"Onları səhər və axşam üstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!"

Bax: Qurani Kərim, Gafir surəsi, 46 ayə.

Şərh: Bu ayə, Firon və ailəsi dənizdə qərq olandan sonra, bərzəx həyatında hər gün səhər və axşam əzab çəkəcəklərinə dəlildir. Baxmayaraq ki, onların cismi parçalanıb suda həll olunsa belə, onlar axirətdən öncə əzabı bərzax həyatında çəkəcək, sonra isə, yəni qiyamət qopduğu an yenidən diriləcək və Cəhənnəmdə şiddətli əzab çəkəcəklər.

Ey Allahdan uzaq düşənlər! Zikr edəcəyim ayələrdə ağıl sahibləri üçün ibrət vardır. Əgər ağıl sahibisizsə - Allah kəlamını, ayələrini anlamaq, dərk etmək istəyirsinizsə, onda dürüst olun və sidq ürəklə Allahdan məğfirət, mərhəmət və fəhm diləyin. İnadkar olmayın! Yoxsa, sizin də sonunuz Nuh və Lut qövmü, Əshabul-uxdud və Firon kimi nəticələnər. Bu isə, çox pis sondur!


          ┈┉┅━❈▫❈ 4 ❈▫❈━┅┉┈

Allah ﷻ "Əshabul uxdud" barəsində buyurur:

إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ

"O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır."

Bax: Qurani Kərim, Əl-Buruc surəsi, 10 ayə.

Şərh: Bu ayədə, Uca Allah bizə xəbər verir ki, mömin kişi və qadınları yandıran "əshabul uxdud"-a bir əzab deyil, onlara iki əzab veriləcəkdir. Birinci əzab qəbirdə "yandırıb-yaxacaq", ikincisi isə, onlara Qiyamət günü, yəni axirətdə "Cəhənnəm əzabı" olacaqdır. Ayədə əzabın iki dəfə təkrar edilməsi mənası nədir?
Mənası: yəni bərzəx həyatın həqiqi və gerçək olduğuna sübutdur.


          ┈┉┅━❈▫❈ 5 ❈▫❈━┅┉┈

Allah ﷻ münafiqlər barəsində buyurur:

وَمِمَّنْ حَوْلَكُمْ مِنَ الْأَعْرَابِ مُنَافِقُونَ ۖ وَمِنْ أَهْلِ الْمَدِينَةِ ۖ مَرَدُوا عَلَى النِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ ۚ سَنُعَذِّبُهُمْ مَرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍ

"Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstərir, sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar."

Bax: Qurani Kərim, Ət-Təuba surəsi, 101 ayə.

Şərh: Təfsir alimləri bu ayədə buyurublar ki, münafiqlərə bir neçə əzab cəzası veriləcəkdir. Ölməmişdən öncə, yəni bu dunyada, öləndən sonra qəbirdə və axirətdə əzab veriləcəkdir.


          ┈┉┅━❈▫❈ 6 ❈▫❈━┅┉┈

Allah ﷻ kafirlər barəsində buyurur:

وَلَوْ تَرَىٰ إِذْ يَتَوَفَّى الَّذِينَ كَفَرُوا ۙ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ وَذُوقُوا عَذَابَ الْحَرِيقِ

"Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. Mələklər onların üzünə və yanlarına vura-vura deyirdilər: "Dadın yandırıcı odun əzabını!"

ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِلْعَبِيدِ

"Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir"."

Bax: Qurani Kərim, Əl-Ənfəl surəsi, 50-51 ayələr.

Şərh: Bu ayədə, Uca Allah bizə xəbər verir ki, mələklər kafirlərin canlarını aldıqdan sonra, cəza olaraq üzündən və yanlarından vururlar. Mələklər vura-vura onlara: "Dadın yandırıcı odun əzabını!" - deyəcəklər. Bu cəza, onlara axirətdən qabaq, yəni bərzəx həyatında veriləcəkdir. Həmçinin Allah təala Məhəmməd surəsində, 27 ayəsində buyurur:

فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ

"Bəs mələklər onların canlarını alanda üzlərinə və arxalarına vura-vura halları necə olacaq?"


          ┈┉┅━❈▫❈ 7 ❈▫❈━┅┉┈

Allah ﷻ zalımlar barəsində buyurur:

وَلَوْ تَرَىٰ إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ بَاسِطُو أَيْدِيهِمْ أَخْرِجُوا أَنْفُسَكُمُ ۖ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَقُولُونَ عَلَى اللَّهِ غَيْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ

"Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”– dediklərini bircə görəydin."

Bax: Qurani Kərim, Əl-Ənam surəsi, 93 ayə.

Şərh: Bu ayədə, zalımlar ölüm bihuşluğu halında olduğu zaman, mələklər canlarını alıb, bərzəx həyatında onları vurur və əzab verərək deyirlər:
... أَخْرِجُوا أَنْفُسَكُمُ ۖ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَقُولُونَ عَلَى اللَّهِ غَيْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ

"...Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!"

Ayədə zikr olan əzab cəzası, axirətdə deyil, axirətdən öncə olan bərzəx həyatında veriləcəkdir.


          ┈┉┅━❈▫❈ 8 ❈▫❈━┅┉┈

Allah ﷻ buyurur:

فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ

"Can boğaza yetişdiyi zaman –

وَأَنْتُمْ حِينَئِذٍ تَنْظُرُونَ

həmin an siz can verən adama baxırsınız.

وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَٰكِنْ لَا تُبْصِرُونَ

Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz.

فَلَوْلَا إِنْ كُنْتُمْ غَيْرَ مَدِينِينَ

Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız

تَرْجِعُونَهَا إِنْ كُنْتُمْ صَادِقِينَ

və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?

فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ

Amma əgər o, Allaha yaxın olanlardandırsa,

فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ

onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.

وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ

Əgər o, sağ tərəf sahiblərindəndirsə,

فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ

ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– deyiləcəkdir.

وَأَمَّا إِنْ كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ

Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa,

فَنُزُلٌ مِنْ حَمِيمٍ

onun ziyafəti qaynar su olacaq,

وَتَصْلِيَةُ جَحِيمٍ

özü də Cəhənnəmdə yanacaqdır.

إِنَّ هَٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ

Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ

Elə isə Ulu Rəbbinin adına təriflər de!"

Bax: Qurani Kərim, Əl-Vəqiə surəsi, 83-96 ayələr. 

Şərh: Bu ayələr, insana qəbirində ya cəza, ya da ki, nemət veriləcəkdir deyə xəbər verir.

Qəbir əzabı olduğunu anlamaq üçün, vəsilələrdən biri - ərəb dilini mükəmməl bilməkdir. Həqiqətən də, ərəb dilində danışanlar və yaxud əsli ərəb olanlar, ərəb dilini mükəmməl şəkildə bilmirlər. Ona görə də, ərəblərin içində xristianı, kafiri, münafiqi və zalımı belə görmək mümkündür.
Ərəb dili mükəmməl dildir. Bu səbəbdən Qurani Kərim məhz ərəb dilində nazil olub, səsləndirilib, yazılıb. Hətta qədim yunan fəlsəfə elmləri belə, tarixdə qorunsun, saxlanılsın deyə ərəb dilinə tərcümə edilmişdir.

Sual verilə bilər ki, əsli ərəb öz ana dilini bilməsin?! Quranı oxuyub anlamasın?!

Cavab: Buna inanmaq mümkündür. Bunun izahı üçün bəsit misal çəkim. Misal üçün elə özümüz. Sizcə ana dilini, onun bəlağətini, ədəbiyyatını, şeir və poeziyasını nə qədər insanlarımız mükəmməl bilir?!
Ərəblər də, bizim kimi. Yəni bizim ana dilini bildiyimiz qədər, onlar da öz ana dilini bilir. Buna görə də, müsəlman ərəb aləminin bir-biri ilə yola getmədiklərini, başa düşmədiklərini müşahidə etmək olar. Və ən pisi, qərb ölkələri  bu vəziyyətdən sui-istifadə edərək, ərəb dilini rəsmi olan "fushanı" deyil, ləhcələrin yayılmasına dəstək verirlər. Onlar bununla ərəb müsəlmanlarını:
1. Qurani Kərimi anlamaqdan uzaqlaşdırsın.
2. Onlara müxtəlif ərəb ləhcələrini xarici dil kimi təqdim edib, qəbul etdirir.
İndi düşünün ki, bu ayələri dindən uzaq olan bir əsli ərəb, ərəb xristianı, ərəb şərqşünası bunu dərk edə bilmirsə, anlamırsa, qeyri-ərəb olan, ərəb dilinin şirinliyini və bəlağətini bilməyən, ərəb dilini səthi öyrənənlər hardan bilsin?!!
Təbii ki, bu gün qəbir əzabını və yaxud nemətini inkar edən, sabah axirəti, cənnət və cəhənnəmin mövcud olduğunu inkar edəcək.

Qayıdaq mövzumuza...
Ərəb dilindən bəhs etdim, çünki qəsdim, bu ayədə zikr edilən bir hərfdir hansı ki, bu hərf mövzumuzda çox mühümdür. O, "fə" hərfidir.
Allah təala buyurur:
فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ

"Can boğaza yetişdiyi zaman –"

Transkripsiya: "Fə-ləu ləə izəə bələğətil xulqum"

"-ləu.." - söz birləşməsində zikr edilən "" hərfidir. Bundan qabaq Nuh qövmü barəsində zikr olunan ayələrə baxsanız orda açıqlama verilib artıq. Məhz bu "fə" hərif bağlayıcısı bərzəx həyatın olmasına sübutdur.

Zikr olunan ayələrdə, Allahın xalis qullarına qəbirdə nemət, Allahın ayələrini yalan sayanlara isə, əzab veriləcəkdir.

          ┈┉┅━❈▫❈ 9 ❈▫❈━┅┉┈

Allah ﷻ buyurur:

وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ ۚ بَلْ أَحْيَاءٌ وَلَٰكِنْ لَا تَشْعُرُونَ

"Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz."

Bax: Qurani Kərim, Əl-Bəqərə surəsi, 154 ayə.

Şərh: Bu ayə, şəhidlərin bərzəx həyatında gördükləri neməti bizim bunları duymadığımız, görmədiyimiz xəbər verir. Ayə bərzəx həyatın həqiqət və gerçək olduğuna sübutdur.


          ┈┉┅━❈▫❈ 10 ❈▫❈━┅┉┈

Allah ﷻ buyurur:

وَالَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ فَلَنْ يُضِلَّ أَعْمَالَهُمْ

"Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.

سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ

Allah onları doğru yola yönəldəcək, onların halını yaxşılaşdıracaq

وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ

və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir."

Bax: Qurani Kərim, Məhəmməd surəsi, 4-6 ayələr.

Şərh: Bu ayələrdə, Allah təala şəhidlərin bərzəx həyatında "..halını yaxşılaşdıracaq .." xəbər verir. Bərzəx həyatından sonra isə, Uca Allah şəhidləri: "... və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir" - deyə buyurub. Bu isə dəlildir ki, insan öldükdən sonra qəbir əzabı və yaxud neməti haqdır.
   Əgər qəbir əzabı və neməti həqiqi və gerçək deyilsə, Uca Allah insan öldükdən sonra, ona verilən yaxşı və yaxud pis cəza haqqında niyə xəbər versin?! Elə bir başa axirətdə olan tək bir cəzanı zikr edərdi. Lakin ayələrdə bir cəza deyil, iki cəzadan söhbət edilir. Axirətdən qabaq olan bərzəx həyatından bəhs edilir.


          ┈┉┅━❈▫❈ 11 ❈▫❈━┅┉┈

Allah ﷻ buyurur:

وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ

"Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir.

فَرِحِينَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər.

يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِنَ اللَّهِ وَفَضْلٍ وَأَنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ

Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər."

Bax: Qurani Kərim, Əl-İmran surəsi, 169-171 ayələr.

Şərh: Bu ayədə, şəhidlər ölməmiş, onlar həqiqi və gerçək həyatdadırlar, lakin biz bunu hiss etmirik, görmürük - deyilir.

Bilmək lazımdır ki, necə ki, Uca Allah şəhidlərə, salehlərə qəbirdə nemət verir, kafirlərə, münafiqlərə, zalımlara da əzab cəzasını verir. Uca Allah buyurur:

مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ

"Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sənin Rəbbin qullara zülm edən deyildir."

Bax: Qurani Kərim, Fussılat surəsi, 46 ayə. 


          ┈┉┅━❈▫❈ 12 ❈▫❈━┅┉┈

Allah ﷻ buyurur:

وَالَّذِينَ هَاجَرُوا فِي سَبِيلِ اللَّهِ ثُمَّ قُتِلُوا أَوْ مَاتُوا لَيَرْزُقَنَّهُمُ اللَّهُ رِزْقًا حَسَنًا ۚ وَإِنَّ اللَّهَ لَهُوَ خَيْرُ الرَّازِقِينَ

"Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə və yaxud ölənlərə Allah hökmən gözəl ruzi verəcəkdir. Həqiqətən, Allah ruzi verənlərin ən yaxşısıdır!

لَيُدْخِلَنَّهُمْ مُدْخَلًا يَرْضَوْنَهُ ۗ وَإِنَّ اللَّهَ لَعَلِيمٌ حَلِيمٌ

Allah onları razı qalacaqları yerə daxil edəcəkdir. Həqiqətən, Allah Biləndir, Həlimdir!"

Bax: Qurani Kərim, Həcc surəsi, 58-59 ayələr.

Şərh: Bu iki ayə, Allah yolunda öldürülən və yaxud adi vəfat edənə - Allahın ona bərzəx həyatında "..gözəl ruzi verməsinə.." xəbər verir. Birinci ayə - bərzəx həyatından bəhs edir, ikinci ayədə isə, onlar Cənnətə daxil olduqdan sonra, cənnət müjdəsindən xəbər verir.


          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Bəzi insanlar qəbir əzabını və yaxud nemətini yalnız axirətdə olduğuna inanır. Əfsuslar olsun ki, onlar bununla müsəlmanları şübhəyə salmaq istəyirlər. Deyirlər ki, "... Quranda bu haqda heç bir ayə zikr edilməyib, deməli bu batildir." Lakin onlar bunu deməklə və buna inanmaqla yanılırlar.

   Ümumiyyətlə, bu məqaləni nə quranilər, nə də ki, Allahdan uzaq düşənlər anlamazlar. Çünki qəlbləri qapalı, gözləri kor olanlar bu yazılanları qəlb nuru olmadan dərk edə bilməzlər.

Bilirsiniz nəyə görə?
Çünki onlar sizin kimi, özlərinə sidq ürəklə Allahdan hidayət, mərhəmət və məğfirət diləmirlər. Siz günəş qalxmadan oyanıb Allahı zikr edib, namaz qılırsınız. Hər namazda özünüzə, ailənizə, müsəlmanlara məğfirət (bağışlanma), hidayət, mərhəmət, bəsirət və dində sabitlik diləyirsiniz. Onlar isə, sizin etdiklərinizi etmədiklərinə görə, gözləri kor, qəlbləri qapalıdır.
   Üzərimizə düşən, onlar üçün Allahdan hidayət diləməkdir. Uca Allah istədiyini doğru yola yönəldər, istəmədiyini zəlalətdə qalmasını istər. Onların bu halı müsəlman və möminlər üçün ibrətdir.

Və sonda...
Ey şübhəyə düşən Allahın qulu, qəbir əzabına inanmayan! Sən istəsən də, istəməsən də, Allahın qulusan. Və dönüşün Ona olacaqdır. Quran ayələrini diqqətlə, yavaş-yavaş, dərk edərək oxu! Tələsmə! Tələsərək təndirə düşmə!

Uca Allah buyurur:
وَأَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَاحْكُمْ بَيْنَهُمْ بِمَا أَنْزَلَ اللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ عَمَّا جَاءَكَ مِنَ الْحَقِّ ۚ لِكُلٍّ جَعَلْنَا مِنْكُمْ شِرْعَةً وَمِنْهَاجًا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِنْ لِيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ

"Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir."

Bax: Qurani Kərim, Əl-Məidə surəsi, 48 ayə.

Allah təala bizi bu yolda sabit etsin.

Bu gün bu qədər...

Ardı vardır inşəAllah.

Suleyman Cəlil.
1439/11/20


          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈