İsrail oğullarından danışın, eyb etməz..
Onlar dedilər: "Ölüm böyükləri və kiçikləri qorxudur. Ölümün bizim üzərimizdən qalxmasını, bunu Allahdan diləməsini səndən tələb edirik."
Peyğəmbər dedi: "Bu sizin məsləhətinizdən deyil. Ölüm Allahın təqdir etdiyi hikmətdir. Bunda böyükləriniz və kiçikləriniz üçün hikmət və məsləhət vardır."
Lakin onlar öz dediklərində israrla dayandılar və Peyğəmbərdən bunun üçün Allaha dua etməsini tələb etdilər. Peyğəmbər dua edərək ölümün onların üzərindən qalxmasını Allahdan istədi. Allah Öz qüdrəti ilə ölümü onların üzərindən qaldırdı.
Zaman keçdikcə, bənu israilin evləri, küçələri, mənzilləri cavan və qoca yaşlı insanlarla doldu. Bir evə baxanda kişinin anası, nənəsi, anasının nənəsi, nənəsinin nənəsi.. Qadının babası, babanın babası və s.. Biri qışqırır, biri çağırır, biri su istəyir, o biri ayaq yoluna getmək üçün çağırır, o birisi.. tələb qurtarmır ki, qurtarmır..
📚 Bax: كشكول ابن عقيل 6/39
✍🏻 Suleyman Cəlil.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈