Nəsihət..





Bismillahir- Rəhmanir- Rahim.

Əziz müsəlman qardaş və bacılar! Allah sizdən razı olsun!

Bu dünya fani, müddəti qısa olan bir dünyadır. Bu dünyada bir- birimizdən küsülü oluruq, bir- birimizin sözü bəzən xoşa gəlmir, inciyirik və sair.. Axirəti düşünən, hər gecə yatmamışdan öncə yatağına girərkən gün ərzində dediyi sözünü, etdiyi əməlini insaflı və dürüst adam, bunların hamısını hesaba çəkərkən hardasa sərt olduğunu, səhv olduğunu, xata etdiyini anlayır və qəlbi yumşalır,  təqvası artır. Səhər halallıq almağa başlayır. Ürəyi yaxşı işlər görmək istəyir. Əlhəmdulillah.

   Özümə və sizə olan vəsiyyətim..
Allahdan qorxmaq! Muhsinlərdən (Saleh) olmaq! Bir çox şeylərə, faydası olmayan və fayda verməyən söz və əmələ fikir verməmək. Dünyadır.. Hər şeyə fikir verməyin, xüsusilə də ki, dünya məsələlərinin gedişatına, həllinə. Allaha təvəkkül edin! Allaha tərəf gedin. Axirəti düşünün..

   İnanın mənə, Allahla görüşmək üçün, xeyirli işlər görmək vaxtınızı, nəfsinizi, özünüzü, malınızı və sairə.. qurban verməyə dəyər.

   Siz öldükdən sonra, bu fani düyanı tərk etdikdən sonra, sizin yerinizə kiminsə sədəqə çıxarmağı onun yadına düşər, düşməz. Sizin adınızdan yaxşı əməllər edilər, edilməz Allah bilir. Çünki necə ki, siz öz müsəlman valideynlərin və yaxınlarınızın yerinə bəzən, bəlkə də daimən, onların adından sədəqə, yaxşı işlər görməyi və sair unutduğunuz kimi, sizi də unudacaqlar. Bu təbiidir.
   Ona görə də, nə qədər ki, nəfəsiniz gedir və Allahın izni ilə qayıdır.. xeyir işləri özünüz görün. Xeyir işlər təkçə mal- mülkdən xərcləməklə olmur. Yaxşı söz, gözəl niyyət, pis əməllərdən çəkinmək, təmiz qəlb, geniş ürəkli olmaq, haramlardan uzaq düşmək və sairə.. ilə olur.

İnanın mənə ki, Vallahi, hal hazırda qəbirdə yatan müsəlman və qeyri-müsəlman hər gün bu dünyaya yaxşı işlər görmək üçün, qayıtmağı arzulayır, istəyir. Lakin..

Uca Allah buyurur:

حَتَّىٰ إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ

"Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar."

لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّا ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا ۖ وَمِنْ وَرَائِهِمْ بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

"Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır."


Qurani Kərim, Əl-Muminun surəsi, 99, 100 ayələr.

Allah sübhanəhu və təala, bu yazını oxuyub, dərk edənə rəhm etsin. Ona gözəl işlər görməyi, ürəyin geniş olmasını nəsib etsin. Amin!
Onun ürəyində həsədi, paxıllığı, kini, pis nəfsi xeyrə və təmizə yönəltsin. Amin!
Uca Allah bizi bir- birimizə qarşı düşmən etməsin. Amin!

Allah təala sizi sevsin. Amin!

Sizləri Allah üçün sevən Suleyman Cəlil. 🌹