National Geographic -in pakistanlı işcisi, 1953 ildə Həcc ziyarətinin fotoşəkillərini çəkib.

Zəvvarlar Mədinə şəhərin hava limanına gəlib. (1953)
Məkkə şəhəri. Şəbəkiyə məhəlləsi. Hal hazırda bu məhəllə Məscidul-Haramı genişləndirilməsi nəticəsində məscidin ərazisində yerləşir. (1953)
Məscidul-Haramın qapıların önündə namaz. (1953)
Həcc ziyarətinin tərtibatı ilə məşğul olan işçilərdən biri. (1953)

Zəvvarlar Allahın evi olan Kəbədə namaz qılırlar. Kəbənin qapıları, Qara daş görsənir. Eyni zamanda həcc ibadəti üçün Kəbənin örtüyü qaldırılıb.
Zəvvarlar Zil-Hiccə ayın 9, Arafa günü, Arafat dağı üstündə dayanıblar. Yemək hazırlayırlar. Gün batana, Məğrib azanına qədər dua edirlər. Sonra Muzdalifaya enirlər. (1953)
Zəvvarlar Arafat dağı üstündə yayın 50° isti havasında, sərinləmək üçün Koka-Kola içirlər. (1953)
Zəvvarlar Arafat dağına çıxırlar. (1953)
Zəvvarlar "təşriq günlərini" Minada qalaraq keçirdirlər. Onlardan Minada iki gün qalan olur. Yəni Zil-Hiccə ayın 11 və 12 günləri. Onlardan tamamlayan da olur. Yəni 13 günü qalan, bayramın 4 günü. (1953)
Allah təala buyurur:
وَاذْكُرُوا اللَّهَ فِي أَيَّامٍ مَعْدُودَاتٍ ۚ فَمَنْ تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلَا إِثْمَ عَلَيْهِ وَمَنْ تَأَخَّرَ فَلَا إِثْمَ عَلَيْهِ ۚ لِمَنِ اتَّقَىٰ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ
Sayı müəyyən olan günlərdə (zil-Hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin. Kim iki gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim (13-cü günü Minada) yubanarsa, ona da heç bir günah olmaz. Bu, Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız.
Bax: Əl-Bəqərə surəsi, 203 ayə.
Zəvvarlar, qurbanlıq üçün qoyunlar alır. (1953)
Allah evinin zəvvarları Arafatda yerləşən Rəhmət dağın yanında. (1953)
Bu şəkil Məscidul-Haramın minarələrindən birindən çəkilib. Məkkənin qədim evləri görsənir. Bu günlər bu evlər artıq Məscidin genişləndirilməsindən sonra Məscidin ərazisində yerləşir. (1953)
Qoyunlar satılan yer. (1953)
Məscidul-Haramın digər qapılarından biri. (1953)
Müqəddəs yerlərdə zəvvarları daşıyan nəqliyyat vasitələrindən biri. (1953)
Mina, Camarat. (1953)
Arafat dağından zəvvarların palatkaları görsənir. (1953)
Müşşərəf Kəbə sahəsindən Minbər və İbrahim صلى الله عليه وسلم peyğəmbərin məqamı görsənir. (1953)
Zəvvarlar Arafatda namaz qılırlar. (1953)
Tafav. Kəbənin örtüyü qaldırılıb. (1953)
Zəvvarlar Minada qalırlar. (1953)
Müşərrəf Kəbə. Həcc ziyarətin ilk günləri. (1953)
Ondan sonra onlar ihramlarını çıxardıb adi paltarları geyinirlər. (1953)
Məkkə şəhərin sərhədi. Yalnız müsəlmanların daxil olmasına izni vardır. Qeyri müsəlmanlara icazə verilmir. (1953)
Məscidul-Haramın digər qapılarından biri. (1953)