İbn Əqil hicrətin 763 ilində vəfat etmişdir, dedi:
"İnsanların halını incələyib baxdım və əcaib şeylər gördüm ...
Onlar diyarların xarabalıqlara çevrilməsi, qohum-əqrabaların və yaxınların ölümü, ruzinin azalması, zamanın və insanların pis olduğu, yaşayışlarının çətin olduğu üçün çox ağlayıb, yas tuturlar.
Onlar İslamın təməldən sökülməsini, müxtəlif dinlərin yayılmasını, bir çox unudulmuş sünənlərin meyit halına düşməsini, bidətlərin zuhur etməsini, günahların yayılmasını, ömrün boş-boş şeylərdə keçirlməsini, pisliklərin açıq-aşkar əziyyət verərək yayılmasını görüblər ...
Onlardan kiminsə dinə görə hönkür-hönkür ağladığını, ömrün sona yaxınlaşdığına görə kədərləndiyini, vaxtın boş keçirilməsinə görə pis olduğunu və üzüldüyünü görmədim...
Bunun səbəbi - onların dinlə zəif maraqlanmaları, dünya ilə məşğul olub, onu öz gözlərində ucaltmalarıdır. Hansı ki, bununla onlar sələf salehlərin tam əksini edirlər."
📚 Bax: الآداب الشرعية" لابن مفلح"
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈