Sual: Əs-Sələmu aleykum. Banklarda məsələn, təmizlik işləri aparmaq günah və düşmənçiliyə köməkdən sayılırmı? Bilərək ki, təmizlik işçiləri xüsusi təmizlik şirkətləri ilə işləyirlər. Hansılar ki, işi banklara və digər müəssisələrə paylaşdırır. İşçiləri də bölüb göndərən odur. Cəzəkumullahu xeyran.
Cavab: Əl-Həmdulilləh vas-salətu vas-sələmu alə rasulilləh va alə alihi va sahbihi. Əmmə bədu.
Əgər banklar öz işlərini İslam şəriətinə bağlamırlarsa, onlarda hər hansı bir formada iş görmək icazəli deyil. Yalnız zəruri hal müstəsnadır. Çünki bu onun sahibləri ilə günah və düşmənçiyiyə köməkləşməkdir. Onların bu işlərini iqrar etməkdir. Bütün bunlarda onlarla birbaşa və ya təmizlik şirkətləri vasitəsi ilə işləmək arasında heç bir fərq yoxdur. Çünki mövzu onlar kömək göstərməkdir ki, bu da sənin verdiyin sualdan hasil olmuşdur. 8428 rəqəmli fətvaya bax. Allah doğrusunu bilir.
📡 fatwa.islamweb.net Fətva 35743
✍🏻 Əbu AbdurRahman.
1439/10/15
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈