Bir hadisəni sizə danışım. Artıq necə gündür ki, bir qardaş deyil, artıq bir necə qardaş, şəxsiyə yazıb, müşkülünü bölüşür və onun həllini və çıxış yolunu tələb edirlər, soruşurlar.
Düşdüyü müşkül nədir?
Artıq qardaşı da, təkfir edirlər. Halbu ki, özü onlarla otururdu, onların söhbətinə qulaq asırdı, oturduqları məclisdə qeybət, böhtana qulaq asaraq münkəri görəndə onu düzəldə bilmirdi, çəkinirdi. İndi də, qardaş bir iş görüb, hansı ki, gördüyü bu iş, avam (dırnaq arasında olan) "alimlər", təkfirçilərə görə dindən çıxırsan və onlar onu təkfir edirlər. Halbuki, qardaş bilmir ki, o avam (dırnaq arasında olan) "alim" təkfirçilər, özləri bilməyərəkdən və ya bilərəkdən, elm zənn etdikləri etiqad əsaslara əsasən, hər gün dindən çıxırlar. Və ondan tövbə belə etmirlər, sonra da, utanmadan dindən danışmağa davam edirlər. Bu da məsələnin gülünc tərəfidir. Vallahi vəziyyətləri gülüncdür. Adi bir misal çəkim. Onu-bunu təkfir edənin övladı hökümətin məktəbinə gedir, hökümətin ölkə daxilində tətbiq etdiyi yol qaydalarına riayət edir, alış-veriş zamanı notariat kontoralarından səmərəli istifadə edir, aç qalmasın deyə, çörəyini, suyunu, ərzaqını hökümətin kağız pulu ilə alır və daha nələr-nələr. Hamısnı saymaq vaxt aparar. Ondan soruşsan, bəlkə də məcburam, üzrüm var deyəcəkdir. Allaha and olsun ki, elə də deyirlər. Bir qardaşı şəxsən tanıyırdım. Təkfir edirdi. Atasına gələndə isə dedi ki: "Atam kafir deyil". Dedim: "Niyə?". Dedi ki: "Ona hüccət çatmayıb." Dedim necə olur, tanımadığın birini rahat təkfir edirsən, atana sıra gələndə isə, onun üzrü var, ona hüccət çatmayıb deyirsən. Daha maraqlısı. Həmin qardaşın övladları hökümət məktəbinə gedir. Dedim qardaş: "Sənin etiqad standartlarına əsasən, həmin məktəblərdə oxumaq küfrdü, haramdır, olmaz. Nə oldu birdən- birə uşaq məktəb yaşına çatan kimi, məktəbə qoydunuz?! Bəyəm təkfir etmək, uşaq məktəb yaşına qədər davam edir, sonra kəsilir?! Yoxsa təkfir yalnız ailədən kənar tətbiq olunur?!" Dedi ki: "Mənim günahım yoxdur... mən deyil, zövcə onları məcbur aparır". Açığı onun bu sözlərindən sonra söz tapa bilmədim. Çünki, onun etiqad etdiyi və başqalarına tətbiq etdiyi mənhəcinə əsasən, artıq zövcə mürtəd və kafirdir və o, onunla boşanmalı idi, lakin... nə boşanma baş verdi, nə də ki, tövbə. Bax belə əziz qardaşlar.
Əl-qərəz... bu avam (dırnaq arasında olan) "alim" təkfirçilərnən nə bir islam diyarı qurmaq olar, nə də ki, onlarla irəli getmək olar. Arada bədbəxt kim olur, onlara qulaq asan sıravi avam qardaşlar. Hansılar ki, müşkülə düşəndən sonra özlərinə carə axtarır.
İndi həmin bir necə qardaş, ayrı-ayrılıqda, şəxsimə yazıb çıxış yolunu soruşurlar.
Uzun söhbətin qısası...
Özünüzə və ailənizə yazığınız gəlsin. Ağlınızı qoruyun. Bilənlərin, elmli olan qardaşların sözünə qulaq asın. Yanlarında olun. Məclislərində iştirak edin. Yoxsa siz də onlar kimi, gündə bir fikirdə və müxtəlif mənhəclərdə olacaqsız. Bu cür davam etsəniz, onlardan uzaq durmasanız, bu sizə nə dində, nə də ki, dünyanıza şərdən bir şey verməyəcəkdir.
Bu qədər.
Kim düşdüyü quyudan çıxış yolunu, müşkülünü həll etmək istəyirsə şəxsimə yazsın.
الحمد لله، وصلى الله وسلم على نبينا محمد وعلى آله وأصحابه أجمعين.
✍🏻 Suleyman Cəlil.
1439/10/06
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈