Allah buyurur:
وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً ۖ وَإِلَيْنَا تُرْجَعُونَ
﴾ Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! ﴿
📗 Qurani Kərim, əl-Ənbiyı surəsi, 35 ayə.
Ey qardaşlıq fitnəsi ilə imtahan olunan müsəlman! Bu ayəni bir neçə dəfə oxu, yaxşı düşün!
Allah rəsulu ﷺ buyurub:
"Veyl olsun o adama ki, xeyr qapısına qıfıl, şərr (fitnə) qapısına isə açardır!".
📚 Bax: sünən ibn Macə və ibn əbi Asım.
"Veyl"-in mənası: yəni o qapını ilk açan və camaatdan ayrılanın sonu, aqibəti pis olacaq. Bəzi alimlər isə deyiblər: "veylin" mənası - cəhənnəmdə məkanın adıdır, yəni onun yeri oradır.
Allah sonumuzu yaxşı etsin!
Allah dilimizi qorusun!
Allah dinimizi qorusun!
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈