Fərz namazlarda dünya işləri üçün dua etmək olar?



Şeyx Saleh əl-Useymin (Allah ona rəhmət etsin) "əş-Şərhul-mumti alə Zadul-mustəqnə" 2/205 əsərində deyir:

"Müəllifin sözlərinin zahirinə əsasən, varid olmayanla dua edilməz. İstər desək ki, varid olanla eyni məzmunda olsun, ya da varid olanın özü olsun. Heç bir halda dünya işləri üçün dua etmək olmaz. Məsələn, Allahım mənə geniş ev nəsib et və ya mənə gözəl zövcə nəsib et, yaxud da mənə çoxlu mal-dövlət nəsib et, ya da mənə rahat bir maşın nəsib et və sairə bu kimi dualar edilməz. Çünki bunlar dünya işləri ilə əlaqəlidirlər. Hətta bəzi fəqihlər (Allah onlara rəhmət etsin) demişlər ki, əgər dünya işləri ilə əlaqəli bir şeyi dua etsə, namazı batil olar. Lakin şəkk yoxdur ki, bu zəif bir rəydir. Səhih (yəni, doğru rəy) budur ki, dünya işləri ilə əlaqəli bir şey dua etməkdə bir eyib yoxdur. Çünki dünya işləri üçün olsa belə, dua özlüyündə bir ibadətdir. İnsanın isə, sığınmağa Allahdan başqa heç kəsi yoxdur. Axı Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurur: "Qulun Rəbbinə ən yaxın halı, səcdədə olduğu haldır." (Muslim 482).

Başqa bir hədisdə buyurur: "Səcdə halına gəlincə, onda duanı çoxaldın. Bu halda duanızın qəbul edilməsinə layiqsiniz." İbn Məsudun rəvayət etdiyi hədisdə təşəhhüdü zikr etdikdən sonra buyurur:
"Sonra istədiyi duanı seçsin."
İnsan özünün tam şəkildə Allaha üz tutduğunu isə, yalnız namazda görür. Elə isə necə deyək ki, namaz qılanda Allahdan ehtiyac duyduğun dünyəvi işlərinlə bağlı bir şey istəmə! Bu, (doğru rəydən) çox uzaqdır.

Bir hədisdə Peyğəmbər (Ona salavat və salam olsun) buyurur: "Siz mütləq ehtiyac duyduğunuz şeyləri, hətta ayaqqabı bağınızı belə, Rəbbinizdən istəyin." Ayaqqabı bağı dünya işləri ilə əlaqəlidir.

Şübhəsiz ki, doğru olan, təşəhhüddən sonra dünya və axirət xeyrini əldə etmək üçün istədiyi duanı edə bilməsidir. Bunun ümumi forması bu duadadır: "Rabbənə ətinə fid-dunyə həsənətən və fil-axirəti həsənətən və qinə əzəbən-nər." Bu, dünya və axirət xeyrini cəm edən duadır."

📚 Həmçinin bax: "Fətəva şeyx İbn Bəzz" (11/171-172).

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈