Ruh kitabında hekayələr səhihdirmi ?



Şeyx əl-Useyminə (Allah ona rəhmət etsin) belə bir sual verilir:

"İbn əl-Qeyyimin "ərRuh" kitabı haqqında rəyiniz nədir və qəbir əhli barədə zikr etdiyi hekayələr səhihdirmi?"

Cavab: "Həmin kitabda çox dəyərli və gözəl bəhslər var. Onu oxuyan bilər ki, kitab İbn Əl-Qeyyimin (Allah ona rəhmət etsin) kəlamlarındandır. Orada zikr etdiyi ölmüş bəzi adamların yuxulara girməsi ilə bağlı hekayələrə gəlincə, səhihliyini Allah bilir..."

📚 Bax: "Fətəva nur aləd-dərb" 9/82.

         ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Şeyx əl-Useymin (Allah ona rəhmət etsin) başqa bir yerdə deyir:

"Birinci iki kitaba, yəni, İbn əl-Qeyyimin (Allah ona rəhmət etsin) "Hədiyul-ərvah" və "ər-Ruh" kitablarına gəlincə, onlar faydalı kitablardır və onlarda çoxlu xeyir var. Baxmayaraq ki, səhihliyinə tərəddüd ediləcək rəvayətlərdən xali deyil. Lakin onların ikisi də şübhəsiz ki, böyük fayda daşıyan kitablardır."

📚 Bax: "Fətəva nur aləd-dərb" 14/288.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈