Müsəlmanların - bidət və "hava" əhlindən fərqi aşağıdakılardır:
1. Etiqadımız, söz və əməlimiz Qur'an Kərim və Allah rəsulunun ﷺ sünnəsindən qaynaqlanır.
2. Qurani Kərimi və Allah rəsulunun ﷺ sunnəsini, yəni islam dinini biz - ilk üç xeyirli insanların, yəni səhabə, tabein və tabe-tabeinlərin fəhmi ilə başa düşürük.
3. İslam dinini təbliğ edənlər hamı ilə məzhəbindən və düşüncələrindən aslı olmayaraq, daim dialoqa hazırdır.
4. İslam dininə dəvət edənlər muxalifə, bidət və hava əhlinə qarşı hər zaman söz və əməldə ədalətli və insaflıdırlar.
5. İslam dininə dəvət edənlər insanlara qarşı mərhəmətlidirlər.
Bidət və hava əhlinin müalicəsi nədir?
1. Onlarla dialoq aparmaq. Elmi müzakirə etmək. Təbii ki, əgər onlar bunu bacarırsa.
2. Müzakirə zamanı muxalif tərəfin fikrini (nə demək istədiyini) başa düşməmiş, ona cavab verməmək.
3. Müzakirə zamanı muxalifə - onun və ya onun mislində olan həmfikirlərinin dəlilləri ilə ona başa salmaq və sonra doğru olan rəyi, yəni məsələni izah edərək, onu Quran və sunnəyə qaytarmaq.
4. Müzakirə zamanı bir məsələnin müzakirəsini qurtarmamış, digər məsələyə keçməmək.
5. Müzakirə zamanı emosiyaları kənara qoymaq. Onunla təmkinlə və səbirlə müzakirə aparmaq.
6. Müzakirəyə qabaqcadan hazırlıqlı olmaq.
7. Müzakirə zamanı ixlaslı, insaflı, adil, möhkəm və elmli olmaq.
Bunlara riayət edilərsə, o zaman müsəlmanlar arasında ixtilaflar da nisbətən azalar.
✍🏻 Əbu İbrahim Suleyman Cəlil.
1439-7-14 h.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈