Əlaqə saxlanılması vacib olan qohumlar kimlərdir?



Allah təalə və Onun möhtərəm Rəsulu (Ona Allahın salavatı və salamı olsun) qohumluq əlaqələrini saxlamağı tövsiyə etmişlər. Mənim sualım belədir:

"Əlaqə saxlanılması vacib olan qohumlar kimlərdir? Onlar ata yoxsa ana yoxsa zövcə tərəfdən olanlardır?

Əlhəmdulilləh.
Əvvəla, əlaqə saxlanılması vacib olan qohumların həddi barəsində alimlər üc rəyə bölünərək ixtilaf ediblər.

Birinci rəy, bu həddin məhrəm qohumla müəyyənləşməsidir.

İkinci rəy, onların miras sahibləri olmalarıdır.

Üçüncü rəy, onlar nəsil baxımından qohumlardır. İstər mirasa sahib olsunlar istərsə də olmasınlar.

Alimlərin sözlərindən doğru rəy, üçüncüsüdür.

Həmin rəy, qohumluğun ata və ana tərəfdən sayılan nəsilə görə götürülməsidir. Süd qohumluğu ilə deyil.
Zövcənin qohumlarına gəlincə, onlar ərin qohumları sayılmırlar. Ərin də qohumları zövcənin qohumları sayılmırlar.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Şeyx Əbdül-Əziz ibn Bəzə (Allah ona rəhmət etsin) sual verilir:

"Qohumlar (əl-ərhəm və zəvil-qurbə) kimlərdir? Belə ki, bəziləri deyirlər ki, zövcənin qohumları qohum sayılmırlar.

Cavabı: "Qohumlar sənin atan və anan tərəfdən nəsilə görə götürülür. Nöqsansız və uca Allahın əl-Ənfal və əl-Əhzab surələrində qəsd olunanlar onlardır. Ayədə buyurulur:
"Qohumlar Allahın Kitabında bir-birinə daha yaxındırlar." Əl-Ənfal 75, əl-Əhzab 6.

Onların ən yaxını, atalar, analar, babalar, övladlar və onların övladlarının nəsilləridir. Sonra daha yaxın olanlar, qardaşlar, onların övladları, əmilər, bibilər və onların övladları, dayılar, xalalar və onların övladlarıdır.

Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət edilən səhih hədisdə bir nəfər Ona belə demişdir:
"Ey Allahın Elçisi kimə yaxşılıq edim?" O: "Anana" - deyə buyurmuşdur. Adam: "Sonra kimə" - demişdir. Peyğəmbər: "Anana" - buyurmuşdur. Həmin şəxs: "Bəs sonra kimə?" deyincə, Allah Rəsulu: "Anana" söyləmişdir. Kişi: "sonra kimə?" - demiş və Peyğəmbər: "Atana sonra növbə ilə daha yaxın olana" - buyurmuşdur. Hədisi imam Muslim "Səhih" əsərində nəql etmişdir. Bu barədə rəvayətlər çoxdur.
   Zövcənin qohumlarına gəlincə, onlar qadının ərinin qohumları deyillər. Onların ərin öz qohumlarından olması müstəsnadır. Lakin onlar həmin qadından olan övladları üçün qohumlar sayılır.
Allah müvəffəq edəndir." Son.
📚 Bax: "Fətəva İsləmiyyə" (4/195).

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Ərlə arvadın hər birinin öz tərəfindən olan qohumları digər tərəfə qohum sayılmır. Bununla yanaşı onlarla gözəl münasibət qurmaq, xəstələrini ziyarət etmək, yaxşı işləri tövsiyə edib pis işlərdən çəkindirmək və s. bu kimi işlərdə əlaqə saxlamaq lazımdır.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Ən-Nəvəvi (Allah ona rəhmət etsin) demişdir:
"Qohumluq əlaqəsi birləşənə və birləşdirənə əsasən yaxın olan insanlara ehsan etməkdən ibarətdir. Bu ehsan bəzən malla, bəzən xidmət göstərməklə, bəzən də ziyarətləşməklə, salamla və sairələri ilə yerinə yetirilir." Son.
📚 Bax: "Şərh Muslim" (2/201).

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Şeyx Muhəmməd Saleh əl-Useymin (Allah ona rəhmət etsin) demişdir:

"Qohumluq bağı, ürfə və insanların adət-ənənələrinə əsasən təyin olunur. Belə ki, Quranda və Sünnədə məsələnin növü, əsli və midarı bəyan edilməyibdir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) də bunu müəyyən bir şeylə qeyd etməyərək ümumi saxlamışdır. Bu səbəbdən də məsələ ürfə qaytarılır. Ürfə görə kim qohum sayılırsa, o qohumdur. İnsanlara görə kim də qohumluq bağı qırıldığına görə qohum sayılmırsa, o qohum deyil." Son.
📚 Bax: "Şərh Riyad əs-salihin" (5/215).

Allah doğrusunu bilir.

📡 _https://islamqa.info/ar/75057_

✍🏻 Əbu AbdurRahman.
1439-7-14 h.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈