İnternet şəbəkəsində olan sosial ünsiyyət qrupların (məs: teleqram, vatsap və s.) - hökmü, həqiqi məclis kimidir.
Qrupun, məclisin haqqı - ora ilk daxil olanda salam vermək və ordan birdəfəlik çıxanda ədəblə icazə alıb, sağollaşmaq lazımdır. Bu mühüm ədəbdir.
Allah təala buyurur:
إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ
﴾ Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– dedilər. İbrahim: “Sizə də salam olsun! ﴿
📗 Bax: Qurani Kərim, əz-Zəriyyət surəsi, 25 ayə.
Məs:
- Üzürlü sayın, bəzi səbəblərə görə qrupdan (məclisdən) çıxmalıyam. Assalamu aleykum!
- Üzürlü sayın, məşğul olduğum üçün çıxmalıyam. Assalamu aleykum!
- Üzürlü sayın, qrupdan çıxmalıyam. Allah sizdən razı olsun! Assalamu aleykum!
Və digər müxtəlif səbəblər ola bilər. Sənə əsas olan, İslam ədəbinə riayət etməkdir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Qrupa (məclisə) daxil olanda "əssəlamu aleykum" - deyirsən və yaxud yazırsan.
Tərk edəndə isə çıxmaq üçün icazə alıb, "əssəlamu aleykum" - deyib və yaxud yazıb çıxırsan.
Allah təala hamımıza faydalı elm versin! Ona əməl etməyə bizə müvəffəqiyyət versin!
✍🏻 Əbu İbrahim Suleyman Cəlil.
1439-7-14
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈