Bir heyvanı kəsərək niyyəti həm qurbanlıq həm əqiq üçün etmək icazəlidir?



Əlhəmdulilləh.

Sual:
Əgər qurban və əqiq birləşərsə və insan Qurban bayramı və ya təşriq günlərində övladının əqiqini kəsmək istəyərsə, kəsilən qurbanlıq heyvan əqiqin də yerinə sayılırmı?

Cavab: 
Fəqihlər bu məsələdə iki rəyə ayrılaraq ixtilaf etmişlər.

Birinci rəy: Qurbanlıq heyvanın kəsilməsi əqiqin yerinə sayılmır. Bu, Məliki və Şafii məzhəbidir. Həmçinin imam Əhməddən də bir rəvayətdə nəql olunandır. Allah hamısına rəhmət etsin. Bu rəy sahiblərinin dəlili, onların yəni, qurbanın və əqiqin hər birinin öz-özlüyündə məqsəddə tutulmasıdır. Onlardan biri o birinin yerinə ola bilməz. Çünki hər birinin digərindən fərqli səbəbi vardır və onlar bir-birinin yerinə ola bilməzlər. Necə ki, təməttu həcci edənin və fidyə olaraq kəsənin heyvanları belədir.

Əl-Heytəmi (Allah ona rəhmət etsin) "Tuhfətul-muhtəc şərhul-minhəc" (9/371) demişdir:
"Əshabın (öz məzhəb tərəfdarlarını nəzərdə tutaraq) kəlamından aydın olan budur ki, əgər bir qoyun kəsərək qurban və əqiqi niyyət edərsə, onlardan heç biri yerinə yetirilmiş sayılmaz. Bu da aydın məsələdir. Çünki onlardan hər biri məxsusi qəsd olunan sünnədir." Son.


Əl-Hattab (Allah ona rəhmət etsin) "Mavahibul-cəlil" (3/259) əsərində demişdir:

"Əgər qurbanlıq heyvanını həm qurban həm də əqiq üçün  kəsərsə və onu toy yeməyi kimi verərsə. Əz-Zəxirahda deyilir: əl-Qabəsinin sahibi demişdir: Bizə şeyximiz Əbubəkr əl-Fihri demişdir: "Əgər qurbanını həm qurban həm də əqiq üçün kəsərsə yerinə yetirmiş sayılmaz. Əgər toy süfrəsində yeyilməyə verərsə icazəli sayılar. Fərq budur ki, ilk ikisində məqsəd heyvanı kəsərək qan axıtmaqdır. Birinin qanın axıdılması isə ikisinin qanının axıdılması yerinə sayıla bilməz. Toy süfrəsində isə məqsəd yemək verilməsidir. Bu da qan axıdılması məsələsinə qarşı deyil. Deməli, (qurbanla toy yeməsi arasında) cəm etmək mümkündür. Bitdi." Son.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

İkinci rəy: Qurbanlıq heyvanı kəsməklə əqiqi də yerinə yetirmiş olur. Bu, imam Əhməddən nəql edilən bir rəvayətdir. Həmçinin Hənəfilərin məzhəbidir. Bu, Həsən əl-Bəsrinin, Muhamməd ibn Sirinin və Qatadənin görüşüdür. Allah hamısına rəhmət etsin.
   Bu rəy sahibləri dəlil olaraq demişlər: Məqsəd, Allaha yaxınlıq üçün heyvan kəsməkdir. Onlardan biri o birinə qoşulur. Necə ki, məscidə  girən üçün təhiyyətul-məscid fərz namaza daxil olur.

İbn Əbu Şeybə (Allah ona rəhmət etsin) "əl-Musannəf" (5/534) əsərində Həsəndən onun belə dediyini rəvayət etmişdir: "Əgər oğlan uşağı üçün qurbanı kəsərlərsə, onun üçün əqiqə yerinə də sayılar." Hişam və İbn Sirin demişlər: "Qurbanlıq heyvanı kəsməsi onun əqiqəsinin yerinə də sayılır."
Qatadədən olan rəvayətdə o demişdir: "Əqiqi kəsməyincə yerinə yetirmiş sayılmaz."

Əl-Bəhuti (Allah ona rəhmət etsin) "Şərh muntəhəl-iradət" (1/617) əsərində demişdir: "Əgər əqiqə ilə qurbanlığın günü eyni vaxta düşərlərsə, belə ki, yeddinci və ona oxşar günlər qurban bayramı günündə olarsa, əqiqini kəsməklə qurbanını da kəsmiş olar və ya qurbanını kəsərsə o birini kəsmiş olar. Necə ki, bayram günü ilə cümə günü bir vaxta düşərsə onlardan biri üçün qüsl alar. Həmçinin təməttu və ya qiran həccində qurbanlıq günü heyvan kəsən, bununla həm vacib kəsimini həm də qurbanlıq kəsimini etmiş sayılır." Son.

O (Allah ona rəhmət etsin) "Kəşşəful-qinə" (3/30) əsərində demişdir: "Əgər qurban və əqiq bir yerə cəm olunarsa və onların ikisinin yerinə bir heyvanı kəsməyi niyyət edərsə, yəni, əqiq və qurban üçün, dəlil olduğuna (yəni, imam Əhmədin dəlil gətirdiyinə) görə yerinə yetirilmiş sayılar. " Son.

Bu rəyi, şeyx Muhamməd ibn İbrahim (Allah ona rəhmət etsin) seçmiş və demişdir:

"Əgər ev sahibi üçün qurban və əqiq birləşərlərsə, biri  kifayət edər. O öz adından qurban kəsməyi planlaşdırır və əqiq də bura daxil sayılır. Bəzilərinin sözlərindən belə başa düşülür ki, birləşmə labüddür. Yəni, qurbanlıq və əqiq balaca üçün olmalıdır. Başqalarının sözlərinə görə bu şərt deyil. Yəni, ata qurbanlıq kəsirsə, qurban atanın, əqiq isə uşağın yerinə olur.
   Yekun belədir: Əgər qurbanlığı qurbanlıq və əqiq yerinə niyyət edərək kəsərsə, yetərli sayılar."

📚 Bax: "Fətəva şeyx Muhamməd ibn İbrahim" (6/159).

Allah doğrusunu bilir.

📡 _https://islamqa.info/ar/106630_

✍🏻 Əbu AbdurRahman.

1439-7-14 h.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈