Hicama edənə zəhmət haqqı verməyin hökmü



Şeyx Saleh əl-Useyminə (Allah ona rəhmət etsin) belə bir sual verilir: "Hicama edən (qan alan) adama bu işinə görə zəhmət haqqı verməyin hökmü nədir?

Cavab: "Hicama edən adama işinə müqabil zəhmət haqqı verməkdə bir eyib yoxdur. Necə ki, İbn Abbas (Allah onların hər ikisindən razı olsun) demişdir: "Hicama edənə zəhmət haqqı vermək haram deyil. Əgər haram olsaydı, Peyğəmbər ﷺ (Ona Allahın salavatı və salamı olsun) hicama edənə zəhmət haqqısını verməzdi." Allah, İbn Abbasdan razı olsun. O doğru söylədi.

Hicamadan qazanılan xəbisdir ifadəsinə gəlincə, burada xəbis, pis mənasındadı. Çünki hicama edən gərək bu işini könüllü və təmənnasız etsin. Axı o, bu işi həyata keçirməklə, qardaşlarını zərərdən və həlakdan xilas edir.

Onun bu iş müqabilində zəhmət haqqı olması barədə isə, deyirik ki, bu pis bir qazancdır, lakin haram deyil. Soruşulsa ki, xəbis sözü pis mənasında işlədilsə belə, o halal sayılırmı? Deyirik:  Bəli. Allah təalə buyurur: "...Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın!.."

📗 Bax: Qurani Kərim, əl-Bəqərə, 267.


🎙 "Liqaətul-bəbil-məftuh" (16/189)
Geniş təfsilat üçün "əl-Muğni" 6/133 bax.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈