Günaha şərik olmaqdan çəkin!
فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا فِي دَارِكُمْ ثَلَاثَةَ أَيَّامٍ ۖ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍ
«Onlar dəvənin diz vətərini kəsdilər. Saleh dedi: “Yurdunuzda üç gün də kef eləyin. Bu, yalan olmayan bir vəddir”»
📗 Bax: Qurani Kərim, Hud surəsi, 65 ayə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
فَـعَقَـرُوهَـا ..
"Onlar dəvənin diz vətərini kəsdilər..."
Dəvənin diz vətərini kəsən bir nəfərdir.
فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ
«Onlar öz yoldaşlarını çağırdılar. O da, dəvəni tutub diz vətərini kəsdi»
📗 Bax: Qurani Kərim, əl-Qamar surəsi, 29 ayə.
Digərləri bununla razı idilər. Ona görə də, törətdikləri bu cinayət onların hamısına nisbət edilir. Və hamısı həlak olaraq cəzalarını aldılar.
فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ
«Onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar»
📗 Bax: Qurani Kərim, əl-Araf surəsi, 78 ayə.
Ey mənim din qardaşım! Bilməzsən batil əhlinin batil sözünə qulaq asarsan!! Din qardaşının qeybətini edənin məclisində oturarsan!!
Müsəlmanların qeybətini edən məclisləri tərk et ki, salamat qalasan.
Uca Allahın sənə göndərdiyi cəzadan qorxub, bu işdə onlara şərik olmaqdan çəkin!
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
✍🏻 Əbu İbrahim Suleyman Cəlil.