Alimlər buyurur ki, fərz namazlarını məsciddə oturub gözləyən, namazı qılıb salam verdikdən sonra tez ayağa qalxmağa tələsməsin, çünki bu zaman ən əzəmətli saatlardan biri hesab olunur. Bu zaman Allahın rəhməti qulun üzərinə nazil olur.
Namazdan sonra tez ayağa qalxmağa tələsmə! Zikrləri et!
İstiğfar et! (De: Əstəğfirullah)
Təsbeh et! (De: Subhanallah)
Həmd et! (De: Əlhəmdulilləh)
Təhlil et! (De: Lə iləhə illəllah)
Təkbir et! (De: Allahu Akbar)
Namazdan sonra zikrləri de.
Unutma ki, sən Rəhmanın hüzurundasan, Onun qonağısan.
Zikrləri edib qurtarandan sonra...
فَإِذَا فَرَغْتَ فَانْصَبْ
«İşlərini qurtaran kimi Allah yolunda çalış!»
وَإِلَىٰ رَبِّكَ فَارْغَبْ
«Ancaq Rəbbinə üz tut!»
📗 Bax: Qurani Kərim, Əş-Şarh sürəsi, 7-8 ayələr.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈