Uca Allah buyurur:
لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِنْ يُؤَاخِذُكُمْ بِمَا عَقَّدْتُمُ الْأَيْمَانَ ۖ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ ۖ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ ۚ ذَٰلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ ۚ وَاحْفَظُوا أَيْمَانَكُمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ
«Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi:
1. ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək,
2. və ya onları geyindirmək,
3. və yaxud da bir köləni azad etməkdir.
Kəffarə vermək üçün bir şey tapmayan kimsə:
4. üç gün oruc tutsun.
Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz.»
📗 Bax: Qurani Kərim, Əl-Məidə sürəsi, 89 ayə.
Mühüm qeyd: Bəziləri kəffarəni birinci orucla edirlər, bu isə xatadır. Kəffarə tərtiblə olmalıdır. Ən birincisi üç növdən birini etmək ixtiyarı sənə buraxılır. Ya qulu azad etmək, (kasıbları) yedirtmək və yaxud geyindirmək. Əgər heç birinə imkan yoxdursa, o zaman üç gün oruc tutmaq lazımdır.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈