Təfəkkür etmək övliyaların simasıdır



Əbu Şeyx Əl-Əsfahani "Əl-'Uzma" adlı kitabında ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət edib demişdir:

"Bir saat təfəkkür etmək - bütün gecəni namazda keçirməkdən xeyirdir."

📚 Bax: " العظمة " (١/٢٩٧)

Buna oxşar sözləri imam Əhmədin "Əz-zuhd" kitabında Həsən Əl-Basridən rəvayət edilir. Həmçinin "Hulyətul əvliyə"-də əbu Dərdadan (Allah onlardan razı olsun) nəql edilir.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

   Əhməd ibn Teymiyyə hicrətin 728 ilində vəfat etmiş (Allah ona rəhmət etsin) dedi:

"Allahın yaratdığı göy və yer məxluqatlarına baxıb, düşünüb təfəkkür etmək bəyənilir."

📚 Bax: " مجموع الفتاوى " (١٥/٣٤٣)

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

   Əs-Sə'di (Allah ona rəhmət etsin) dedi:

"Təfəkkür etmək - ibadətdir. Allahın arif övliyalarının sifətidir."

📚 Bax: تيسير الكريم الرحمن