Müsəlman qardaşının xətasını ört



Muhammad bin Abdullah Əl-Xuza'i dedi:

"Eşitdim ki, Osman bin Zəidə dedi: "Rifahlığın onda doqquz (9/10) hissəsi - xeyirxahlıqda cəmləşib. Bunu imam Əhmədə dedim. O dedi: "Rifahlığın hamısı - xeyirxahlıqda cəmləşib."

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

'Amr bin Usmam Əl-Məkki dedi:
"Möminin nəcib sifətlərindən biri - qardaşlarının etdiyi xataları görməməkdir, ona fikir verməməkdir."


📚 Bax: شعب الإيمان

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Nəsihət: müsəlman qardaşının xatasını ört, gizlət, danışma, bacardığın qədər onun etdiyi xatanı düzəlt.
Bundan əlavə, onun digər gözəl xüsusiyyətlərini, etdiyi yaxşı əməlləri yada sal.