Uca Allah buyurur:
تِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
《Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur.》
📗 Bax: Qurani Kərim, Ən-Nisə surəsi, 13 ayə.
Miras barəsində bir çox hədis və əsərlər zikr olunub. Onlardan:
1- İbn Məs'udun (Allah ondan razı olsun), rəvayət etdiyi hədis. Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu:
"Miras elmini öyrənin və onu insanlara öyrədin. Allah məni götürəcəkdir. Elm də qaldırılacaqdır. Fitnələr qopacaq. Hətta, iki nəfər mirasda ixtilaf etdiyi zaman, onlara başa salan tapılmayacaqdır".
📚 Bax: Əhməd, Ət-Tirmizi və Əl-Həkim.
Hədisin hökmü: zəifdir.
2- Abdullah bin 'Amru bin 'Asın (Allah ondan razı olsun), rəvayət etdiyi hədis. Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu:
"Elm üç növdür. Bundan başqası fəzilətdir.
1- Aydın (ərəb. "muhkəm" - açıq) olan ayələr.
2- Tətbiq olunan (səhih) sünnə.
3- Adilliklə bölünən miras (bəzi şərhlərə əsasən)."
📚 Bax: Əhməd, Əbu Daud və ibn Məcə.
Hədisin hökmü: zəifdir.
3- Rəvayət olunur ki, Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi:
"Kim mirası öyrədərsə, sanki o, on qulu azad etmiş olur. Kim kimisə mirasından məhrum edərsə, Allah cənnətdəki olan mirasını ona məhrum edər".
4- Ömər bin Əl-Xattab (Allah ondan razı olsun), dedi:
"Miras elmini öyrənin, çünki bu (elm) sizin dininizdir".
📚 Bax: Əd-Dərimi, Səid bin Mansur və Əl-Beyhəqi.
Əsərin hökmü: səhihdir.
______
Sual və məsələlər:
1- Miras elminin öyrənilməsinin fəzilətinə aid ayə və bir hədisi zikr et.
2- Allah, Onun hüdudlarını qoruyana nə vəd edib?