Mirasın müxtəsər tarixi ( 3 )



İslamdan öncə cahiliyyət dövründə ərəblər miras payını kişilərə və böyük uşaqlara verər, qadınları və azyaşlıları isə bundan məhrum edərdilər.
   İslam şəriəti gəldikdə Uca Allah hər bir haqq sahibinin haqqını özünə verməyi əmr etdi və bu hüquqları: «Allahın tövsiyəsi», «Allahın müəyyən etdiyi miqdar» adlandırdı.
   Bundan sonra Allahın şəriətinə qarşı çıxaraq miras hüquqlarını pozanlara ciddi xəbərdarlıq və mütləq bir əzab vəd edərək buyurdu:

تِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ

«Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur».

وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُهِينٌ

«Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır».

📗 Bax: Qurani Kərimə, Ən-Nisə surəsi, 13-14 ayə.

______
Sual və məsələlər:

1- İslamdan qabaq miras bölgüsü necə idi?

2- Nəyə görə cahiliyyət dövründə qadınlar mirasdan məhrum edilirdi?

3- İslam şəriəti gəldikdən sonra, qadınlara mirasda hansı hüquqları verdi?

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈